Appendisit NƏDİR? Əlamətləri və Müalicəsi

loading...

Appendisit NƏDİR? Əlamətləri və Müalicəsi

 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabıdır.Müalicə üsulu isə kəsilib çıxarılmasıdır.


Appendisitin əlamətləri aşağıdakılardır:


- ürək bulanması ;
 - qarında ağrılar ;
- ayağın bədənlə birləşdiyi nahiyədə ağrılar.


Soxulcana bənzəyən bu çıxıntı uşaqlarda daha uzun olur.Uzunluğu təxminən 9 - 10 sm, bundan bir az az yaxud bir az çox da ola bilər.Lakin bu problemə südəmər uşaqlarda rast gəlinmir.Xəstəliyin ağır formaları qoca və yaşlı insanlarda rast gəlinir.


Hamilə qadınlarda kəskin Appendisitin diaqnostikası çətin olur və diaqnoz klinik mənzərəyə, leykositlərin dinamikasına nəzarət əsasında qoyulur. Şübhəli hallarda təcili laparaskopiyanın aparılmasına göstəriş olur. 


Müalicəsi


Appendisitn bütün formalarında cərrahi müdaxilə yolu ilə aparılır(appendikulyar infiltratdan başqa; bu zaman antibakterial və iltihaba qarşı konservativ müalicə aparılır). Əməliyyat özü appendektomiya adlanır.


 Əməliyyat özü iki üsulla icra oluna bilər:


 1)açıq üsul, yəni qarın boşluğunun yarılması; 
2) laparoskopik, yəni minimal invaziv üsul. 


Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə manitorda müşahidə aparmaqla icra olunur. Cərrahi əməliyyatdan sonrakı ilk günlərdə – antibakterial və simptomatik müalicə.


loading...
Oxşar xəbərlər