Ağcaqanadlar Koronavirusu Insanlara Yoluxdura Bilərmi?

loading...

Ağcaqanadlar Koronavirusu Insanlara Yoluxdura Bilərmi?

Aile.fenomen.az saytı məlumat verir ki,


Məlum olduğu kimi patogen ağcaqanadların sancması yolu ilə il ərzində təxminən yarım milyon insan ölür və yüz milyonlarla müxtəlif hallarda hər hansı bir xəstəliyə düçar olurlar.
Bəs görəsən ağcaqanadlar özləri koronavirusa yoluxaraq onu insanlar arasında yaya bilərlərmi?

Gündəmi zəbt edən bu dəhşətli virusun ağcaqanadlar tərəfindən yayılması haqda heç bir elmi sübut və faktlar hələki mövcud deyil.

Lakin, qeyd etmək lazımdır ki, ağcaqanadlar bir çox xəstəlikləri yayma qabiliyyətinə sahibdirlər.
Malyariya, qızdırma, meningit, ensefalit və Qərbi Nil virusu kimi xəstəliklərin daşıyıcısı olan ağcaqanadlar insan üçün son dərəcə təhlükəli ola bilər.
Bundan başqa, ağcaqanadın tüpürcəyində güclü allergen vardır. Hətta allergiyaya meylli olmayan insanda ağcaqanad dişləməsi qaşınmaya, şişkinliyə və qızartıya səbəb ola bilər. Bəzi hallarda ağcaqanadın dişləməsi qızdırma, dəri qızartısı və qaşınma, baş ağrısı, təngnəfəslik, qırtlağın şişkinliyi, quru öskürək, qıcolmalar kimi əlamətlərlə ağır allergik reaksiyaya gətirib çıxara bilər. Ölümcül nəticəsindən qurtarmaq üçün ağcaqanadın dişləməsindən sonra bir saat ərzində yardım göstərmək lazımdır.

loading...
Oxşar xəbərlər