Ağcaqanad, həşərat dişləməsi zamanı İLK TİBBİ YARDIM
Bu məsələ ilə bağlı sizə lazım olacaq mühüm məlumatları paylaşır. Havalar çox isti olanda hər kəs qapı-pəncərəsini açıq qoyur. Belə hallarda həşərat dişləmələri daha çox olur. Pederus həşəratının səbəb olduğu allergiya gecələr göynəməyə yol açır. Həşərat daha çox gecələr ortaya çıxdığı üçün insan dərisi ilə təmas edərkən "paederin” adlanan ifrazat buraxır. Nəticədə həmin bölgədə su toplanması, şiddətli göynəmə hissi verən kiçik yaralar, qaşıntı ortaya çıxır. Bundan başqa sıx rastlanan həşərat dişləmələrindən biri də ağcaqanad dişləməsidir. Əvvəlcə ağcaqanad dişləyən bölgəni sabunlu suyla təmizləyib buz kompresi edin. Bəzi insanlarda ağcaqanad dişləyən bölgədə qızartı, səpki meydana gəlir, dodaqlarda şişmə, nəfəs alma çətinliyi, ya da ürək döyüntüsü kimi problemlər ortaya çıxır. Hörümçək dişləməsində isə həmin bölgəni mütləq sabunlu su ilə yuyun. Spirt, kolonya kimi məhsullar qətiyyən istifadə etməyin. Bölgə təmizləndikdən sonra özəl kremlərdən sürtün. Əqrəb dişləməsi zamanı da bölgəni sabunlu su ilə təmizləyib üzərindən bir az yüngül bandajla sıxıb həkimə gedin. Arı sancması zamanı isə analflaktik şok yaşana bilər. Arının sancdığı yeri də sabunlu su ilə təmizləyib soyuq kompres edin. Dodaqlarda, dildə şişmə olarsa, həyati təhlükə riski olduğu üçün həkimə gedin. Can alan "Krım Konqo” qızdırma xəstəliyinə yol açan gənə dişləmələri zamanı ilkin müdaxilənin doğruluğu çox vacibdir. Gənələrin həkimlər tərəfindən çıxarılması lazımdır. Ancaq gənəni özünüz çıxarmaq istəyirsinizsə, gənənin üzərini qatı ağ vazelinlə örtüb gənənin nəfəs almasın əngəlləyin. Nəfəs almaz halda olduğunda daha asanlıqla çıxara bilərsiniz.