Nə Üçün Kişilər COVID 19 Virusunu Ağır Keçirirlər?

loading...

Nə Üçün Kişilər COVID 19 Virusunu Ağır Keçirirlər?

Qadınlarla kişilərin koronavirusa yoluxma riski təxminən eynidir, lakin müəyyən edilib ki, bu virus kişilər üçün daha təhlükəlidir.Buna səbəb isə orqanizmə daxil olmağa kömək edən fermentdədir.

 
Virus pandemiyasının yarandığı ilk vaxtdan alimlər və mütəxəssislər durmadan bildirirlər ki, kişilər qadınlarla müqayisədə bu infeksiyanı daha ağır keçirir və ölüm halları da bəlli olduğu kimi daha çox sayda olur.

Baş verən bu halların səbəblərindən biri isə kişilərin qanında qadınlarla müqayisədə ACE2 fermentinin daha yüksək konsentrasiyada olmasıdır.Bu ferment normal halda qanda arterial qan təzyiqinin tənzimlənməsində iştirak edir.Bu ferment əsasən hüceyrə membranlarında yerləşir ki, koronavirus da ondan irqanizmə daxil ola biləcəyi " açıq qapı " təmsilində görür.

Qeyd edək ki, hazırda, COVID-19 üçün effektiv dərman terapiyası və ya peyvəndi yoxdur, lakin onun inkişafı üçün səylər davam edir. İnfeksiyanın qarşısını almaq üçün əlləri sıx-sıx yumaq, öskürək və asqırma zamanı ağız və burunu bağlamaq və öskürək asqıraq kimi xəstəlik simptomları müşahidə olunan hər kəs ilə sıx əlaqə qarşısını almaq tövsiyə edilir.

loading...
Oxşar xəbərlər