Diqqət! Koronavirus İnsanlar Danışarkən və Nəfəs Alarkən Də Yayıla Bilir
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Yeni növ koronavirus normal tənəffüs zamanı yaxud da söhbət zamanı da hava damcı yolu ilə yayıla bilir.Yəni bu o deməkdir ki, virusun ötürülməsi üçün mütləq şəkildə öskürmək yaxud da asqırmaq lazım deyil.
Araşdırmalar zamanı belə müəyyən olunub ki, təxminən 1mm diametri olan və virus ehtiva edən damcı, insanlar asqıran yaxud da öskürən zaman ortalığa düşür və təxminən 1 metr radiusunda yerə düşür.
Alimlər müəyyən ediblər ki, yeni növ koronavirus 3 saata qədər havada qala bilir.
Ümumilikdə isə koronavirusun plastik qablarda 5 gün, şüşədə 4 gün, dəmirdə 48 saat, alüminiumda 2-8 saat, kağızda 4-5 gün, rezin əlcəkdə 8 saat, taxtada 4 gün qaldığı müəyyən olunub.
Beləliklə, evlərinizdə gündəlik toxunduğunuz səthləri, xüsusilə də qapı tutacaqlarını və tez-tez təmasda olduğunuz yerləri antiseptik vasitələrlə silin və təmizləyin.Çünki, sağlamlıq üçün gigiyena əsas şərtdir.
loading...