Qarpızla Yemişin Düzgün Yeyilmə Qaydalarını Bilirsinizmi?
loading...
Qarpızla Yemişin Düzgün Yeyilmə Qaydalarını Bilirsinizmi?
Aile.femomen.az saytı məlumat verir ki,
Yay fəslinin ən sevimli məhsullarından hesab olunan qarpız və yemişi sevənlərin sayı az deyil.Havaların isinməsi ilə qarpız-yemiş də sürətlə süfrələrimizə gəlir.Qəbul edək ki, əksəriyyətimiz bu məhsulları sərin formada yeməyi çox sevirik.Yayın bu vazkeçilməz meyvələrinin insan sağlamlığlna faydaları saymaqla bitməz.
İlk növbədə onu qeyd etmək lazımdır ki, qarpız və yemiş yeyərkən həddi aşmaq olmaz, çünki çox yeyildiyi zaman orqamizmdə ən böyük yük böyrəklərə və ürəyin üzərinə düşür.Bu fikirlər məşhur həkim - dietoloqlara məxsusdur.
Mütəxəssislər qeyd edir ki, qarpızın və yemişin tərkibində olduqca çox miqdarda kalium vardır ki, bu da ürək ritminin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.
Yuxarıda adı qeyd olunan məhsulların çox miqdarda yeyilmədi zamanı qanda qlükozanın miqdarı arta bilər, köp və digər bir sıra həzm sistemi problemləri ilə qarşılaşmaq mümkündür.
Qarpızla yemişin düzgün yeyilmə qaydalar hansılardır?
- ac mədəyə yemək olmaz ;
- desert qismində ana yeməkdən sonra yeyilməlidir ;
- 200 - 300 qram yemək kifayətdir.
loading...