Çəki Almamaq Üçün Yemişi Bu Cür Yeyin!
loading...
Çəki Almamaq Üçün Yemişi Bu Cür Yeyin!
Aile.fenomen.az saytı məlumat verir ki,
Yay fəslinin sonunda əksəriyyətimizin ən çox sevdiyi şirin desert yemişdir.Lakin, qida mütəxəssisləri qeyd edir ki, yemiş də düzgün yeyilmədiyi zaman o öz mənfi təsirlərini göstərə bilər, məsələn sizlərdə artıq çəkilər yaranmağa başlaya bilər.
Yemiş yüksək qida dəyərinə və qlikemik indeksə malik olan bir məhsuldur.
Yemiş, sodium, maqnezium, potasium və dəmir baxımından olduqca zəngindir.
- C vitamini baxımından zəngin olan qovun, immunitet sistemini gücləndirir;
- təzyiq aşağı olduğu zaman qəbul edilməlidir;
- dərini qidalandırıcı xüsusiyyəti sayəsində saç dərisindəki hüceyrələrin deformasiya olmasına mane olur və saç tökülməsinin qarşısını alır. Eyni zamanda sədəf və eqzema kimi dəri xəstəliklərinə tutulma riskini azaldır;
- yemişin çəyirdəkləri qaynadılıb qəbul edildikdə böyrəkdə olan duz sidik yolu ilə bədəndən xaric olur;
- ağciyər xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin sorulmasını sürətləndirir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yemiş yeyərkən onu tək halda yeyilməsi məsləhətdir.Buna görə də yemişi yaxşı olar ki, gün ərzində atışdırmalıq olaraq yeyəsiniz.
Qeyd edək ki, nəinki yemiş ümumiyyətlə, digər yay meyvələrini də 300 qramdan artıq yeyilməməlidir.Artıq çəkidən əziyyət çəkən insanlar isə bu mövzuda daha da diqqətli olmalıdır.
loading...