Yayın Sevilən Ləzzəti Qarpızın Faydaları və Zərərləri
loading...
Ailə.fenomen.az saytı məlumat verir ki, Yayın qızmar istisində əksəriyyətimizin sərinləmək üçün seçdiyimiz en dadlı yolu sərin qarpız yeməkdir.Bu gözəl giləmeyvənin bir sıra müsbət və mənfi cəhətləri də vardır.Bu məqalədə onları araşdırmağa çalışdıq.
Qarpızın çoxlu sayda faydası olduğu bildirilir :
Mütəxəssislər, qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol bol qəbul edilməsini təklif edir.
Su ehtiva etdiyi üçün gündəlik maye ehtiyacını qarşılayar.
C vitamini və folik turşu yüksəkdir. C vitamini xəstəliklərə qarşı müdafiə rolunu oynayan ən yaxşı antioksidan vitaminlərdən biridir.
Tərkibində lifli maddələr olduğu üçün bağırsaq fəaliyyətinin normallaşdırılmasında faydalıdır.
Qarpızın ziyanları isə aşağıdakılardır :
1. 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.
2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.
3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.
loading...