Dərinin Gündən Yanması - Nə Etmək Lazımdır və Müalicə Yolları Hansılardır?
loading...
Aile.fenomen.az saytı xəbər verir ki,
Yay aylarında çoxlarının arzusudur ki, bədənləri günəş şüaları qəbul edərək bir qədər yansın.Lakin, bunu edərkən diqqətli olmaq lazımdır ki, bu prosesdən sonra dəriyə xüsusi diqqət və bərpa gərək olacaqƏks halda orqanizminiz üçün fayda etmək istədiyiniz halda zərər vurmuş olacaqsınız və ciddi dəri yanması kimi problemlərlə üz-üzə qala bilərsiniz.
Gün yanması - yüksək ultrabənövşəyi şüalara qarşı dərinin verdiyi reaksiyadır.
Günəş altında yanma dərinin neçə qat yanması və sizin günəş altında neçə saat durmanızdan asılıdır.
Günəş şüalarından yanmanın bir neçə mərhələsi vardır :
1 - ci mərhələ - dərinin yüngül formada yanması ( eritema ) , ağrı.Əsasən 3-5 saat sonra yaranır, pik zamanı isə 12-24 saat ərzində baş verir.Sağalma dövrü 3-7 gündür.
2 - ci mərhələ - qızarmış dəri üzərində içi sarımtıl şəffaf maye ilə dolu yanıq köpükləri yaranır.Belə köpüklərin partlaması nəticəsində dəri səthində qırmızımtıl ağrılı səth yaranır. Sağalma müddəti əsasən 7-10 gündür.
Gün yanması nəticəsində ən ağır hallarda isə ürəkbulanma, qusma, baş ağrıları və. s bu tipli hallar ola bilir.
Gün yanması nəticəsində bu vasitələr köməyinizə çata bilər :
Bol miqdarda maye qəbulu, soyuq və sərin kompresslər və ilig yaxud sərin suda duş qəbulu.
loading...