Quranla epilepsiya və panik atak müalicəsi

loading...

Quranla epilepsiya və panik atak müalicəsi

Dəyərli dostlar, epilepsiyanın necə əmələ gəlməsi və nədən yaranması hələlik elmə məlum deyil və buna görə də bu xəstəliyin müalicəsi yoxdur.

Epilepsiya xəstələri ömürlərinin axırına qədər sakitləşdirici, depresantlar və qıcolmalar əleyhinə dərmanlar içməyə məcburdurlar.

Gəlin bu xəstəliyin tarixinə bir nəzər salaq bizə ən yaxın olan Türkiyədə Osmanlı dövrlərində epilepsiyalı xəstəler çox az olmuşlar. Nəyə görə? Çünki o zamanlar belə xəstələri Quranla müalicə edirmişlər və çox da effektli nəticələr əldə etmişlər. Sonralar kimyavi dərmanların hazırlanılması və İslam əleyhinə tədbirlərin görülməsi nəticəsində təəssüf ki, Quranla müalicə ləğv olunmuşdur.

Hamıya məlumdur ki, Quran dinləyən zaman insanda bir sakitləşmə və xoşbəxtlik hormonu olan endorfin istehsalı artır və bu da bir çox psixi xəstəliklərin aradan qalxmasına səbəb olur.

Onu da nəzərinizə çatdırım ki, hamı Quran oxunan zaman bu hisləri keçirmir, bəzi insanlar Quran və azan səsi eşidəndə əsəbləşirlər bu da onunla bağlıdır ki, bu insanların imanlarında kamillik yoxdur. Belə insanlar səbrli olmalı əvvəlcə. Bir az sonra zaman-zaman Quran dinləməyi artırmalıdırlar. Dinləyən zaman yaxşı olar ki, həm də öz dilimizdə tərcüməsini də dinləsinlər ki, Quranın böyüklüyünü tam anlaya bilsinlər.

PANİK ATAK müalicəsində də Quran dinləmək çox faydalıdır. Çünki belə insanların daxilində birdən birə həyəcan qorxu baş verir və bu qorxu həmin insanın daxili orqanlarının iş fəaliyyətini pozur. Nəticədə çarəsi olmayan xəstəliklər əmələ gəlir.

Belə insanlarada daxilən bir əminlik, rahatlıq lazımdır ki, yenə də Qurandan başqa heçnə bu əminlyi verə bilməz.

Müalicə necə olmalıdır?

Əvvəlcə gündə 15-20 dəqiqədən başlayıb sonda gündə 2 saat olmaq şərtilə səhər 1 saat, axşam 1 saat gözlər yumulu vəziyyətdə gözəl şəkildə oxunan bir Quran başdan axıra qədər dinlənilməlidir.

Quran dinlənilən günlərdə rukiyələr də dinlənilməlidir. Bu əvvəl-əvvəl yorucu olsa da birazdan həzz almağa başlayacaqsınız. Özünüzü əmin arxayın rahat hiss edəçəksiniz.

Bununla da xəstəliklər sizi tərk edəcəkdir İnşəAllah. Xatırladım ki, Quran və rukiyyələri internetdən də dinləyə bilərsiniz.

Fizulihuseynov.com


loading...
Oxşar xəbərlər