Sperma sayını və keyfiyyətini artıran 6 QİDA
Kişilərin 5%-i aşağı sperma sayı problemi yaşayır. Hər 6 cütlükdən 1-i isə övlad həsrəti çəkir. Hamiləliyə təsir edən ən əhəmiyyətli faktorlardan biri sperma sayının və keyfiyyətinin azlığıdır. Hamilə qalmağa çalışırsınızsa, həyat yoldaşınızın bu qidalardan yeməyində fayda var. Sperma sayını artıran qidalarla daha asan hamilə qala bilərsiniz. Sperma sayını və keyfiyyətini artıran qidaları bu cür sıralayırıq: Pomidor: Aktiokdisan olan likopen daxildir. Likopen spermaların üzmə qabiliyyətini, quruluşunu və fəaliyyətini artırır. Qoz: Omega-3 yağ turşuları baxımından zəngindir. Aparılan araşdırmalara görə, qozdakı yüksək Omega-3 spermanın həyatda qalma müddəti, böyüklüyü və formasına təsir edir. Balqabaq tumu: Sink baxımından zəngindir. Spermanın inkişafında və testosteron istehsalında əhəmiyyətli rol oynayır. Qarağat: Antioksidan ehtiva edən qarağat sayəsində sağlam sperma istehsal edilir. Nar: Nar ən çox antioksidan ehtiva edən meyvələrdən biridir. Libidonu artırır, sperma meydana gəlməsinə faydalıdır, sperma keyfiyyətini və sayını artırır. Qara şokolad: Tərkibindəki amin turşuları boşalma sıxlığını artırır, spermaların sayını və keyfiyyətini dəstəkləyir. (aile.lent.az)