Hemodializ nədir?

loading...

Hemodializ nədir?

Hemodializ zamanı qan dializatorun köməyi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənir. Cihaz cərrah tərəfindən yaradılmış xüsusi damar yoluna xüsusi iynə vasitəsilə punksiya edilərək qan dövranına birləşdirilir.
 
Boru sistemi ilə qan təmizlənmək üçün dializatora daxil olur. Bu zaman xəstənin qanının müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, zərərli maddələrdə təmizlənir, fasiləsiz olaraq dövr edir və sonda damarlara qayıdır.
 
Standart olaraq dializ proqramı həftədə 3 dəfə, hər dəfə 4 – 5 saat davam edir. Bu proqram periodik hemodializ sayılır. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə illərlə və ya 10 illərlə müalicə ala bilir. Xəstə ona tövsiyə olunan rejimə əməl edirsə və həkimin dediyi məsləhətlərə diqqətlə əməl edərsə uzun illər əmək qabiliyyətini də saxlaya bilər.
 
Əgər xəstələr razı olarlarsa 3 – 6 ay dializ müalicəsindən sonra böyrək transplantasiyasına göndərilirlər. Bu dövrdə xəstələrin vəziyyəti yaxşılaşır, onlara reablitasiya və hərtərəfli müayinə olunurlar.  (immunitet.az)

 

loading...
Oxşar xəbərlər