Stomatoloji problemlərin Xalq Təbabəti yollari ilə Müalicəsi
Aile.fenomen.az saytı xalq təbabəti üsulları ilə mealicə metodlarını sizinlə bölüşməyə davam edir.
Ağız boşluğumuzun sağlamlığı bilavasitə bizim digər orqanlarımızın, yəni normal çeynəməmizdən, qida – boru sistemimizin işindən və hətta ifrazat orqanlarımızın işində asılıdır.
Ağız boşluğunda yaranan problemlər kimyəvi və infeksion allergen qıcıqlandırıcıların işi ilə bağlıdır.
Kiçik uşaqlarda tez – tez somatitlər baş verir - bu ağız boşluğunun şirəli təbəqəsinin iltihabıdır.Bu zaman dodaqlar, dil, damaq,yanaqların iltihabı baş verir.
Bu narahatlıqların qarşısını ala biləcək bir sıra xalq təbabəti üsulları ilə sizi də tanış edirik.
Aloe yarpaqlarının təzə şirəsi – iltihabi proseslərdən qurtulmağa kömək edir, ağız künclərindəki düyünləri yumşaldır və xəstəliyi xeyli yüngülləşdirir.
Sarımsaq – bu bir az ağrılı prosesdir, lakin təsiri böyükdür.Sarımsağı təmizləyirik və onu iltihab yaranmış nahiyələrə sürtürük.
Yadınızda saxlayın, sarımsaq bizə təbiət tərəfindən bəxş edilmiş ən yaxşı mikrob əleyhinə olan vasitədir.Bu bitkinin köməyi ilə somatiti olan şəxsdə əlavə mikrobların düşməsinin qarşısı alınacaq və xəstəlik daha sürətlə yox olacaq.
Çiy kartof - təmizlənmiş və yuyulmuş kartofu sürtkəcdən keçirin və ağızda iltihab baş vermiş yerlərə qoyun.Kartof damaqlardan iltihabı götürməyə, şişkinlik və ağrını azalmasına kömək edəcək.
Bütün bu üsullarla kompleks olaraq, daxildən də müalicə etmək lazımdır.Bunun üçün isə meyvələrdən sıxılmış təzə şirələr içmək, çiy şəkildə bol tərəvəz, göyərti və meyvə qəbul etmək lazımdır.
Əgər bu üsullar sizə kömək etməzsə, somatitlə zarafat etmək olmaz, dərhal stomatoloji klinikaya həkimə müraciət edin.