Incə və Uzun Görünmək İstəyirsinizsə...
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Bu gün paylaşacağımız məlumat xarici görünüşünə daha çox diqqət edən xanımların sonsuz diqqətinin çəkilməsinə səbəb olacaq.
Sizinlə anında olduğunuzdan daha incə və uzun görünmənin 15 formulunu təqdim edəcəyik.
Beləliklə, haqqında bəhs etdiyimiz görünüşü tuta bilmək üçün necə geyinmək lazım olduğunu sizinlə paylaşacağıq.
Ilk qızıl qanun boyun, əl, ayaq biləkləri hissələrinizi açıq saxlayın.Bu yol sizə dediyimiz kimi görünməyə yardım edəcək.
Geydiyimiz geyimləri toxunuş tərzi çox önəmlidir.İncə ipək, şifon və ya kaşmir kimi parçalar görünüşünüzün qüsursuz olmasına xidmət edəcək.
Çalışın ki, ətək və köynək kombinə edilmiş geyimlərdən deyil, daha çox don tipli bütöv geyimlərdən istifadə edəsiniz.
Boyuna uzun çizgili geyimlə xanımlar daha incə, kvadrat çizgili geyimlər isə oluqlarından daha enli görünmələrinə səbəb olacaqdır.
Strec kimi bədəni sıxan, bürüyən parçalardan vaz keçin.Çünki, bu parçalar vücudumuzda olan bütün əksiklərin ortaya qoyulmasına səbəb olacaq.
Dərinizlə eyni tonlu ayaqqabı seçin.Bu sizi olduğunuzdan daha uzun və şəkilli görünmənizə səbəb olacaq.
Rəngli olsa belə çalışın ki, tünd rəngli geyimlərə müraciət edəsiniz.
Geyimlərinizi seçərkən kölgəli tonlardan, xüsusilə də qara rəngdən isrtifadə edin.Məsələn, ya qara ətək, qara şalvar, qara corab yaxud da qara ayaqqabı.
Şalvar geyinərkən, boyuna, yəni uzununa ütü çəkilmiş şalvarlardan istifadə edin.Bu görüntümüzün uzun olmasına xidmət edəcək.
Xüsusilə də, pencək, jaket geydiyiniz an əgər saçlarınız uzundursa, onları səliqəli şəkildə toplayın.Bu boyununuzun açıq qalıb, onu daha uzun görünməsinə yardım edəcək.
V hərfi formalı köynək, onlardan istifadə edin.Bu sizin görünüşünüzü mükəmməl göstərəcək.
Uzun aksessuarlardan, boyunbağılardan istifadə edin.Boyunuzu daha uzun göstərəcək.
Rəngli parçalardan yalnız geyimlərdə deyil, onlardan aksessuar kimi də istifadə edin.
Qarışıq və böyük naxışlı geyimlərdə deyil, daha sadə geyimlərə müraciət edin.
Şalvar və ayaqqabı seçiminizi eyni rəng tonlarında seçin.Bu boyunuzun rənginin kəsilməsinin qarşısını alacaq və sizi bir bütün bütöv olaraq uzun göstərəcək.