40 YAŞDAN sonra qadınların geyimdə buraxdığı səhvlər

loading...

40 YAŞDAN sonra qadınların geyimdə buraxdığı səhvlər

Aile.fenomen.az saytı qadınların diqqətini çəkəcək məlumat paylaşacaq.

 

Hər qadının yaş fobiyasının olduğu sirr deyil.Lakin 40 yaş çox gözəl yaş dövrüdür.Bu dövrdə artıq qadının övladları bəlli yaşda olur, gözəl karyerası və hətta bəlkə nəvələri belə olmuş ola bilər.

 

Xarici görünüşümüzə, xüsusilə də geyimimizə xüsusi diqqət yetirsək, biz 40 yaşından qat – qat cavan da görünə bilərik.Aşağıda isə sizi 40 yaşından sonra qadınların geyimlərində buraxdıqları bir neçə səhvlə sizi də tanış edirik.

 

 1.    Böyük çantalar

Böyük çantalar yadınızda saxlayın, sizi yaşınızdan qat – qat böyük göstərəcək.Əgər eleqant və gözəl görünmək istəyirsinizsə, çox da böyük olmayan kitabı xatırladan çantalardan istifadə edin.

 

 2.    Gündəlik uzun donlar və tünd rəngli ətəklər

Bu geyimlərdən əl çəkin.Yəqin ki, keçmişdən bəri nənələrimizin geydiyi uzun və tünd yaşıl, göy rəngli donları yadınızdadır.Xahiş edirik, belə geyimlərdən uzaq durun.

 

 3.    Qızıl bəzəklərindən həddindən artıq çox istifadə

Hər zaman yadda saxlayın bər – bəzək və qızıldan çox istifadə etmək sizi gözəl göztərməyəcək.Tam əksinə, yaşınızın üzərinə daha da yaş artıracaq.

 

 4.    Dabansız ayaqqabı seçimi

 

Belə ayaqqabılara baletkalar, dabansız ayaqqabılar və lap dəhşətlisi isə köhnə ket və krassofkalar ola bilər.Çalışın ki, gözəl görünmək üçün dikdaban ayaqqabı, sapoqlardan istifadə edib, özünüzə əmin yeriş ilə özünüzü sübut edəsiniz.

 

loading...
Oxşar xəbərlər