Hamilələrin YEMƏMƏLİ OLDUĞU 10 ŞEY

loading...

Hamilələrin YEMƏMƏLİ OLDUĞU 10 ŞEY

 

Aile.fenomen.az saytı hamilələr üçün maraqlı olacaq məlumat paylaşır.

 

Saytımızda hamiləlik zamanı analar və onların doğmaları üçün diqqət etməli olduqları vacib nüanslar haqqında məlumatlar tez – tez bölüşürük.Məlumdur ki, hamiləlik zamanı anaların ən çox fikir verməli olduqları hissə sağlam şəkildə qidalanmaqdır.

 

Bu günkü məlumatımızda isə hamiləlik dövründə ananın yeməməsi məsləhət görülə şeylərin siyahısını açıqlayacağıq.Beləliklə, diqqətli olun, bunlar aşağıdakılardan ibarətdir.

 

 1.      Spirtli içkilər

 

Hamiləlik zamanı ən çox uzaq durmağınız vacib olan içəcəkdir.Bu məhsul heç bir şəkildə gələcəkdə ana olmağa hazırlaşan qadının qida rasionunda yer almamalıdır.

 

 2.      Siqaret və tütün məmulatları

 

Bir çox xanım deyə bilər ki, mən onsuz da siqaretdən uzağam və ondan istifadə etmirəm.Lakin, onu qeyd edək ki, siqaret tüstüsünün kənardan belə təsiri hamilə üçün çox ziyanlıdır.Odur ki, əgər hamilənin olduğu mühitdə siqaret və tütündən istifadə edən şəxs yaxud şəxslər varsa, həmin mühiti tərk etməyiniz məsləhət görülür.

 

3.     Çiy və tam bişməmiş ət

 

Qidalanma zamanı hamilənin ən çox diqqət etməli hissədir.Hamilə qadın yediyi ətin tam bişirilmiş olmasına fikir verməlidir.

 

 4.     Çiy balıq və balıq məhsulları

 

Ət kimi də balıq məhsullarına da mütləq şəkildə ciddi nəzarət olunmalıdır ki, çiylik qalmasın və o tam bişmiş şəkildə olsun.Ona görə də suşi, saşımi kimi balığın çiy şəkildə təqdim olunmuş formalı yeməklərdən uzaq durmağınız məsləhət görülür.

 

5.    Kolbasa və sucuk kimi ət məmulatları

 

Hamiləlik dövründə mümkün oluğu qədər məsləhətdir ki, ana bu cür tünd şəkildə hazırlanmış ət növlərindən uzaq dursun.

 

6.      Duzlu qidalar

 

Duzun nəinki hamilələr üçün, eləcə də hər bir normal insan üçün çox ziyanlı olduğu məlumdur.Duz bədəndə qalıqlara, ödəmlərə və həçinin də şişirməməyə səbəb oluğuna görə məsləhətdir ki, xüsusilə də hamilə qadın duz və duzlu qidalardan kənar dursun.

 

 7.    Şəkər və şirin qidalar

 

Bu maddəni gördüyünüz an yəqin ki, bir çoxlarınız düşünəcəksiniz ki, bu qeyri – mümkün olan bir işdir.Lakin, çalışın ki, şəkəri tam olaraq qida rasionunuzdan çıxarmasanız da, onu daha az şəkildə və gec – gec olaraq qəbul edəsiniz.Çünki, şəkərin anaya da, körpəyə də elə də faydası yoxdur.

 

8.      Qəhvə və qəhvəli məhsullar

 

Qəhvənin son zamanlar daha çox məşhurlaşdığı və daha çox qəbul olunduğu məlumdur.Lakin qəhvəni də hamilə qadın çalışmalıdır ki, çox içməsin.Məsləhət kimi deyə bilərik ki, əgər hamilənin ürəyindən qəhvə içmək keçirsə, içdiyi südə bir neçə damcı qəhvə damladıb içə bilərlər.

 

 9.    Bitki çayları

 

Normal halda bitki çaylarının çox təbii və faydalı olduğu məlumdur.Lakin, hamiləlik dövrü çox həssas dövr olduğu üçün bu zaman ana özünün və körpəsinin sağlamlığı üçün hər xırdalığa diqqət etmək məcburiyyətindədir.Çaylar da bu həssas dövrdə elə ola bilər ki, sizin yaxud da körpəniz üçün bir qədər ziyanlı ola bilər.Buna görə də məsləhətdir ki, əgər hər hansı bir bitki çayını içmək istəyirsinizsə, ilk növbədə həkiminizlə məsləhətləşəsiniz.

 

10.   Az yuyulmuş meyvə və tərəvəz

 

Hamilə üçün meyvə və tərəvəzlərin həddindən artıq çox faydalı olduğunu bilirik.Lakin, bu məhsullar çox yaxşı yuyulmuş vəziyyətdə olmalıdır.Əgər yediyiniz bu məhsulların çox da təmiz olmadığına ən kiçik belə şübhə bəsləyirsinizsə, onu qəti şəkildə yeməyin, çünki təmiz şəkildə yuyulmamış bu cür məhsulların tərkibində olan mikrob və bakteriyalar həm ananın, həm də körpənin sağlamlığına çox pis təsir edə bilər.

loading...
Oxşar xəbərlər