"Kafeindən düzgün yararlanın" - Xüsusilə hamilə qadınlar

loading...

Kafein gün ərzində içdiyimiz qəhvə, çay, qazlı, şirin içkilər, kakao və şokoladlı məhsullarda, ağrı kəsici, sinir sistemi və allergiya dərmanlarının tərkibində olan əhəmiyyətli bir maddədir. Qan təzyiqini və ürək döyüntüsünün sürətini artıran kafein, bədəndən dopamin və adrenalin hormonlarının ifraz olunmasıyla oyanıqlığı təmin edir və enerjini artırır. Ancaq bəzi sağlamlıq problemlərinə gətirib çıxarmaması üçün oyandırıcı xüsusiyyəti olan kafeindən düzgün yararlanmaq lazımdır.

 

Xüsusilə hamilə qadınlar özlərinin və körpəsinin sağlamlığı naminə gündə 1-2 fincandan çox kafein qəbul etməməlidirlər. Əks təqdirdə çox alınan kafein erkən doğum, anemiya, düşmə kimi problemlərə səbəb olur. Aile.lent.az dietoloq Gözdə Gencenin hamiləlikdə kafein qəbulu ilə bağlı fikirlərini təqdim edir.

 

Mütəxəssis bildirir ki, kafeinin təsiri qəbul ediləndən 5-10 dəqiqə sonra başlayır. Həzm sistemindəki qatılığı 45 dəqiqədə tamamlansa da, həzmi 2 saatadək davam edir: "Kafein qaraciyərdə metabolizə olaraq, sadə diffuziya ilə hüceyrələrə daşınır. Beyin, testis, döl daxil olmaqla, hər toxumaya asanlıqla çata bilən kafein, mərkəzi sinir sistemini xəbərdar edir. Bu da ürəyin daha sürətli atmasına səbəb olaraq, ürək əzələsi funksiyalarını pozur, taxikardiya və ritm pozuqluğuna yol açır. Kafein gündə 1 fincana ekvivalent 300 milliqramdan çox qəbul edildikdə diüretik təsir ilə kalsium, maqnezium, kalium, natrium və xlorun xaric edilməsini də artırır. Bu artım isə osteoporoz, əzələ spazmı, yuxu pozuntusu, iştahsızlıq və bağırsaq sistemi xəstəliklərinə səbəb ola bilir”.

 

 

Düşmə riskini artırır

 

Hamilələrdə kafein qəbulu müəyyən həddə olmalıdır. Plasentaya birbaşa keçən kafein dölün hələ inkişaf etməmiş qaraciyərində metabolizə edilə bilmir. Bu səbəbdən də  körpədə fetal böyümə geriliyi, doğuş ağırlığı kimi problemlərə yol açır: "Bəzi araşdırmalarda ilk 3 aylıq dövrdə kafeinin dölün yaranmaqda olan mərkəzi sinir sistemi üzərində zəiflədici təsirinin olduğu sübuta yetib. Hamiləliyin ilk 3 ayında düşmə riskini artıran kafein körpənin sümük sağlamlığı və kalsium tərkibinə də zərər verə bilir”.

 

 

Ürək narahatlıqlarına yol açır

 

Dietoloq deyir ki, gündəlik kafein qəbulunu maksimum 300 milliqram ilə məhdudlaşdırmaq lazımdır. Körpə ana bətnində kafeini metabolizə edə bilmədiyi üçün bir çox risklər yaranır. Məsələn, aşağı ağırlıqlı doğuşlar, ilk 3 ayda düşmə riskinin artması, taxikardiya kimi ürək narahatlıqları, erkən doğuş, dəmir, sink kimi mineralların azalması, anadangəlmə anemiya riski, qan təzyiqi və ürək döyüntüsündə artma və s.

 

loading...
Oxşar xəbərlər