Hamiləlikdə artıq çəki erkən doğuşa səbəb ola bilər - Artıq çəki almamaq üçün

loading...

Hamiləlikdə artıq çəki erkən doğuşa səbəb ola bilər

Hamiləlikdə qadının həddən çox kökəlməsi təzyiqə, erkən doğuşa səbəb ola bilər. Türkiyəli həkim Ayça Kaya isə hamiləlikdə artıq çəkinin körpənin zəkasına da təsir edə biləcəyini deyib. Mütəxəssisin bu fakt barədə açıqlamasını təqdim edirik.

 

Həkim bildirir ki, hamiləlikdə artıq çəki şəkər xəstəliyinin yaranmasına səbəb olur. Eyni zamanda körpənin iri doğulmasına gətirib çıxarır. Bununla yanaşı, doğuşdan sonra da əmizdirmə ilə əlaqədar problemlər meydana gələ bilər. Körpədə şəkər səviyyəsi aşağı ola bilər ki, bu isə ani körpə ölümü riski yaradar.

 

2015-ci ildə amerikalı mütəxəssislər zamanı hamiləlikdə həddən çox kökələn və normal çəkidə hamiləliyini tamamlayan qadınların körpələrini 10 il təqib ediblər.

 

10-cu ilin sonunda hamiləlikdə artıq çəki alan qadınların körpələrinin IQ səviyyəsinin, normal çəkidə hamiləliyini tamamlayan qadınların körpələrinə nisbətən 3,2 faiz az olduğu aşkarlanıb. Eyni zamanda, bu körpələrdə immunitet sisteminin də zəif olduğu ortaya çıxıb.

 

Mütəxəssis hamiləlikdə artıq çəki almamaq üçün bunları təklif edir:

 

- Paketli qidalardan uzaq durun.

 

- Mövsümündə təzə meyvə-tərəvəz mətbəxinizin baş tacı olsun.

 

- Hər öyündə kifayət qədər zülal dəyəri yüksək qida (yumurta, pendir, ət, balıq, süd, qatıq, quru paxlalılar) qoymağa çalışın. Çünki zülallar həm toxluq hissini daha tez təmin edir, həm də daha uzun müddət tox saxlayır.

 

- Evə hazır yemək sifariş etməyin. Mümkün olduğu qədər öz yeməklərinizi özünüz bişirin.

 

- Şirniyyat məmulatlarının yağ və şəkər anbarı olduğunu unutmayın.

 

- Axşam yeməyindən sonra heç bir şey yeməyin.

 

- Qızartmalar və yağlı yeməklərin kalori təhlükəsinin olduğunun fərqinə varın.

 

- Yeməklərinizdə yağlara məhdudiyyət qoyun. Məsələn, 1 kilo tərəvəz yeməyinə 2 yemək qaşığı yağ tökün.

 

- Hər gün mütləq təzə meyvə və qatıq yeməyi vərdiş halına gətirin. Xüsusilə, ilk günlərdə ara yeməyində evdə özünüzə təzə meyvə və qatıqla meyvəli qarışıqlar hazırlayın.

 

- Hər gün mütləq piyada yeriyin. Açıq havada bol oksigenli mühitdə piyada yerimək çəki idarəsi baxımından çox faydalı olar. 

loading...
Oxşar xəbərlər