Hamilə qadınlar, Dekret zamanı nə işlə məşğul olsunlar ?

loading...

Hamilə qadınlar, Dekret zamanı nə işlə məşğul olsunlar ?

 


Aile.fenomen.az saytı hamilələrə xüsusilə maraqlı gələcək məlumat paylaşacaq.

 

Müasir qadının həyat tempi – bu müxtəlif fəaliyyətlərin birləşməsidir, bura, iş, təhsil, ezamiyyələr, yeni tanışlıqlar və ev işləri daxildir.

 

Ana olmağa hazırlaşdığınızı öyrəndiyiniz an sizin bütün diqqət və qüvvəniz ona yönəlir ki, axı mən necə edim ki, bu analıq roluna ən yaxşı halda hazır dura bilim

 

İşləyən xanımlar isə hamilə olduqları zaman hamiləliyin son aylarına yaxın dekretə çıxırlar.Dekretə çıxarıldığı zaman isə qadının fikirləei bir az qarışıq olur.O həm körpəsi üçün əlindən gələn ən yaxşı vəziyyəti yaratmağa çalışır, həm də dekret zamanı nə ilə məşğul olacağı barədə düşüncələrə dalır.Bu aspektdə bugünkü məlumatımız hamilələrə kömək olacaq.

 

Beləliklə, dekret zamanı hamilələr üçün ən uyğun məşğuliyyət siyahısı ilə sizi də tanış edirik.

 

Sağlam yuxu – dekretə yenicə çıxmış ananın ağlına gələn ilk fikir yəqin ki, doyunca yata bilməsi fikri olacaqdır.Həqiqətən də, günü – gündən böyüyən qarın qadına rahat pozada yatmağa imkan vermir.Dekretə çıxan qadınlar onsuz da rahatlıq tapıb gec yuxuya gedirlər, elə bu səbəbdən də məsləhətdir ki, bu qadınlar 22:00 yaxud da 23:00 – dan gec olmayaraq yatsınlar.Yuxunu tam almaq hamilələr üçün çox mütləqdir, çünki əsəb – sinir sistemi qaydada olmalıdır.

 

Təmiz havada gəzmək – ana və körpəsi üçün ultrabənövşəyi şüalarla və oksigenlə bol olan havada gəzişməkdə daha xeyirli axı nə ola bilər ?!Dekretdə olduğunuz zaman bol – bol gəzin, bu həm ana, həm körpəsi üçün əvəzsiz faydalıdır.Lakin gəziş zamanı çalışın ki, evə yaxın bölgələrdə yürüyəsiniz, çünki, dekretdə olduğunuz zaman artıq hərtərəfli diqqətli olmaq zamanıdır deməkdir.

 

Hamilələr üçün fitnesslə məşğul olmaq – daha faydalı olar ki, hamilələr fiziki aktivlik kimi yalnız gəzməklə deyil, ümumi bədən aktivliyini artırmaq üçün hamilələr üçün nəzərdə tutulmuş fitnesslə məşğul olsunlar.Fitnesslə məşğul olmaq üçün mütləq deyil ki, zallara gedəsiniz.Bunu siz videolara baxaraq özünüz də fərdi şəkildə məşğul ola bilərsiniz.

 

Bədəninizə qulluq etməyi unutmayın – doğumdan sonra hələ də gözəl qala bilmək üçün məhz elə doğum zamanı özünüzə maksimum şəkildə diqqət etməlisiniz.Üzünüz, qarnınız, sinəniz, yanlarınız üçün maskalar edin, xüsusi kremlər çəkin.Qidalanmanıza xüsusi diqqət yetirin.Bu sizin görünüşünüzdən də başqa, körpəniz üçün çox önəmlidir.

loading...
Oxşar xəbərlər