Çox Təsirli SAÇ MASKALARI
Aile.fenomen.az saytı həm xanımlar, həm bəylər üçün maraqlı olacaq məlumat paylaşmağa davam edir.
Beləliklə, təsiri tez zamanda hiss edilən maskanın resptini sizinlə də bölüşürük :
1\2 stəkan quru gicirtkən yarpaqları
3 çay qaşığı xına
1 ədəd yumurta sarısı
Yuxarıda adı çəkilən bütün məhsulları qarışdırın və üzərinə bir qədər duru hal alması üçün qaynar su əlavə edirik və bir az kənara qoyuruq və soyumağını gözləyirik.Daha sonra hazırladığımız qarışımı saçlarımıza çəkirik və 1,5 – 2 saat müddətinə saxlayırıq.Bəlli zaman keçdikdən sonra saçları şampunla yumaq lazımdır.
İndi isə nazik və cansız saçlara həcm verilməsi üçün maskanı təqdim edirik :
Tərkibində şəkər olmayan 0,5 litr kefir götürün.Saçlarınızı yumazdan əvvəl eyni miqdarda bu kefiri saçlarınıza çəkin və üzərini salafanla bağlayın, onun da üzərindən dəsmalla bağlayın.Bu maskanı başınızda 30 – 40 dəqiqə saxlayın, zaman keçdikdən sonra isə şampunla yuyun.