Hamamdan çıxandan sonra canlı və parlaq saçlara qovuşamağın qaydaları
Saçlarını yuyarkən saç şampunu, saç kremi və saç maskasından istifadə edin. Bəs saçlara qulluq bununla bitirmi? Əlbəttə ki, xeyr! Hamamdan çıxandan sonra da saça qulluq üçün əməl etməli olduğun qaydalar var. Bunun sayəsində daha güclü. Canlı və parlaq saçlara qovuşa bilərsən. Həmin qaydaları təqdim edirik. Saçları dəsmal ilə qurutmaq Yaş saçlar həssas olduğu üçün qırılmağa daha meyilli olur. Buna görə də saçlarınızı dəsmalla sərt ovalamaq yerinə hamamdan çıxanda dəsmalla sarıyaraq nəminin keçməsini gözləyin. Nazik davranın Saçları yuduqdan sonra darayarkən əvvəlcə baxım yağı və ya maye saç kremi sürtün. Beləcə saçları darayarkən qırılmaz. Darayarkən də yavaş şəkildə darayın. Masaj edin Masaj yağını saçlarınıza sürtdükdən sonra barmaq ucları ilə dariəvi hərəkətlərlə saç diblərinə masaj edin. Beləcə masaj tətbiq edərək xoşbəxtlik hormonlarını da aktivləşdirmiş olarsınız. Dərindən nəfəs almağı da unutmayın. Elektriklənməsini əngəlləyin Saçların elektriklənməsini əngəlləmək üçün saç spreyi istifadə edin. Həm də saçları nəmləndirən kolagen tərkibli şampun və saç kremləri də bu problemi həll edəcək. Saç şəkilləndirmə Saçlarınızı qurudub şəkilləndirin, amma daha həcmli görünməsini istəyirsən? O zaman daha dolğun bir təsir yaratmaq üçün həcmverici spreyi yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarı doğru sürtün.