Üzünüzü alma ilə canlandırın
loading...
Gün ərzində çox yoğun bir tempdə çalışırsınız. Yorğunluqdan üzünüz solub, xəstə kimi görünürsünüz. Üzünüzün canlanması üçün bitki mənşəli bir tövsiyəmiz var. Üzünüzü alma ilə canlandırın. 1 çay qaşığı bal, təzə sıxılmış alma suyu, xiyar suyu və zeytun yağını 1 xörək qaşığı ağ gillə yaxşıca qarışdırın. Bu qarışımı təmiz dərinizə sürtün və təxminən 20 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Ardından da dəri tipinizə uyğun bir nəmləndirici krem sürtün. Bu formulu həftədə 1 dəfə tətbiq edin.
loading...