DADLI ZAPEKANKA RESEPTİ

loading...

DADLI ZAPEKANKA RESEPTİ

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Zapekankanı hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır :

500 qr kartof püresi
500 qr qiymə  (zövqə görə ət yaxud da toyuq ola bilər )
50 - 100 qr pendir
2 xörək qaşığı xama

Hazırlanma qaydası :

Kartofu püre halına gətirmək və qiyməni qızartmaq lazımdır.Qiyməyə istədiyiniz ət, soğan, ədviyyatlar əlavə edə bilərsiniz.Soba üçün listi götürürük və onu yağlayırıq.Püreni iki hissəyə bölürük.Daha sonra üzərinə püreni əlavə etmək və eyni ölçüdə qaba yaymaq lazımdır.Pürenin üzərindən əti əlavə edirik.Əti də pürenin üzəriə bərabər şəkildə yaydıqdan sonra üzərinə sürtkəcdən keçirilmiş pendiri əlavə edib yayırıq.Qalan püreni yenidən pendirin üzərinə əlavə edib yayırıq və xamanı da onun üzərindən yayıb 180 dərəcədə isidilmiş sobaya 20 - 30 dəqiqəlik göndəririk.Qızılı rəngdə qızarana kimi bişirmək lazımdır.Yeməyi çıxardıqdan sonra soyumağa qoyun.Çünki, isti şəkildə kəsildiyi halda parçalanır və ou porsiyalara ayırma prosesi çətinləşir.

NUŞ OLSUN !


loading...
Oxşar xəbərlər