Kartoflu Toyuq Budu Yeməyi
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bildiyimiz kimi qarşıdan bayram gəlir.Bayram süfrəsi üçün rəngarəng , gözəl və doyumlu olan bir yemək resepti ilə sizi də tanış edirik.
Lazım olan məhsullar :
6 ədəd toyuq budu
8 ədəd kiçik kartof
1 ədəd soğan
yarım stəkan tomat suyu
200 qr pendir
bitki yağı
duz, istiot və ədviyyatlar
Hazırlanma qaydası :
Bütün ədviyyatları qarışdırırıq və toyuq budlarını içərisinə əlavə edib 20 dəqiqə marinə olumaq üçün kənara qoyuruq.
Kartof və soğan təmizlənir və soğan yarımhalqa şəklində doğranılır.Pendiri də kənarda sürtkəcdən keçirin.Daha sonraqa isə soba üçün xüsusi perqament kağızı götürülür üzərinə yağ çəkilir və soğan kartof və ən üstdən də marinəedilmiş toyuq budları düzülür.Yeməyi 180 dərəcəlik sobaya 40 dəqiqə müddətinə göndərin.Artıq yeməyin suyu quruduqdan sonra yeməyi sobadan çıxarın və üzərinə pendiri səpib yenidə sobaya göndərin.Yemək hazırdır.
Nuş olsun!
loading...