Məşhur və Dadlı Fransız Yeməyi - JULYEN

loading...

Məşhur və Dadlı Fransız Yeməyi - JULYEN

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Julyeni hazırlamaq üçün aşağıdakı məhsullar lazım olacaq :

500 qr toyuq filesi
500 qr göbələk ( şampinyon )
2 ədəd soğan
300 qr xama yaxud qaymaq
200 qr holland pediri
2 xörək qaşığı un
bitki yağı
duz və istiot

Yeməyi hazırlamaq üçün ilk öncə soğanı xırda şəkildə doğramaq lazımdır.Göbələyi isə ortadan iki hissəyə kəsib nazik dilimlərlə doğrayın.Kənarda da toyuq filesini doğrayın.Tavaya yağ əlavə edib soğanı qovurun.Daha sonra göbələyi, fileni əlavə edin.Ərzaqları suyu çəkilənə kimi qovurun, duz və istiotu isə zövqə uyğun əlavə edin.

Başqa bir tava götürün və unu içərisinə əlavə edib qovurun.Un qovrulduqdan sonra xamaı əlavə edin və qarışdırın.Soğan, göbələk və toyuq qarışımının üzərinə bu sousu əlavə edib qarışdırın və bir saxsı yaxud da 1 paylıq oda davamlı qablara yığın.Holland pendirini sürtkəcdən keçirin və üzərinə əlavə edib 180 dərəcədə bişməyə sobaya göndərin.

NUŞ OLSUN!


loading...
Oxşar xəbərlər