EVSAYAĞI ŞAURMA RESEPTİ

loading...

Evsayağı ŞAURMA RESEPTİ

 
 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Lazım olan məhsullar :


lavaş
toyuq filesi
xiyar ( ya təzə, ya da marinəedilmiş )
təzə pomidor
sərt pendir
göyərti
mayonez 
ketçup
1 diş sarımsaq
duz


Hazırlanma qaydası :


1. Sarımsaq, göyərti, xiyar, pomidoru doğrayın, pendiri sürtkəcdən keçirin və toyuq filesini doğrayın.


2. Sousu hazırlamaq üçün mayonez yaxud da xamanı göyərti və sarımsaqla qarışdırın.Zövqə görə duz əlavə edin.


3. Lavaşın üzərinə toyuğu, xiyarı, pomidoru, pendiri qoyub sousu əlavə edin.


4. Məhsulların hər birini içərisinə əlavə etdikdən sonra lavaşın kənarlarını içərisinə doğru qatlayıb bükün.


5. Sonda isə şaurma dadını tam ala bilmək üçün onu hər iki tərəfindən ya qızardın, ya da xüsusi aparatda qızdırın.


Qeyd üçün bildirək ki, şaurmanı faydalı və ziyansız etmək istəyirsinizsə, yaxşı olar ki, mayonez əvəzinə yoqurt, toyuğu bişirərkən isə onu qızartmaqdeyil, qaynadıb əlavə edəsiniz.


loading...
Oxşar xəbərlər