loading...
loading...

Soyuqdəyməni Toyuq Bulyonu İlə MÜALİCƏ EDİN!

loading...

Soyuqdəyməni Toyuq Bulyonu İlə MÜALİCƏ EDİN!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Soyuqdəymə zamanı bu məhsuldan istifadə etmək burun tutulmasına və ümumi olaraq infeskiya ilə mübarizə aparmaq üçün immun sisteminə möhkəmləndirir.

Keçmiş zamanlardan, əsasən də nənə - babalarımızın bizə israrla tövsiyəetdiyi toyuq bulyonu həqiqətən də soyuqdəymə zamanı effektivdir.

Araşdırmalar aparan amerikalı mütəxəssislər həqiqətən də müəyyən ediblər ki, toyuq bulyonunun tərkibində karnozin adlı maddə vardır ki, bu da qripin artıq erkən mərhələsində onunla mübarizə aparmağa yardım edir.Lakin ekspertlər xəbərdarlıq edir ki, bu şorbanın təsiri o orqanizmdə xaric olunduğu zaman itir.Bu da o deməkdir ki, siz bunu müntəzəm şəkildə yeməlisiniz.

Toyuq bulyonunun hazırlanma qaydası ilə sizi tanış edirik :

Lazım olan ərzaqlar :
1 ədəd toyuq
2 ədəd soğan
1 ədəd yerkökü
1ədəd dəfnə yarpağı
2 diş sarımsaq
kərəviz 
2 - 3 dənə qara yumru istiot
duz

Hazırlanma qaydası :
Toyuq qazana yerləşdirilir və üzərinə su əlavə edib qaynamağa qoyulur.Qaynadıqdan sonra kəfi yığılır, suyu kənara atılır.Daha sonra adı çəkilən bütün ərzaqlar təmizlənir, yuyulur  və qazana toyuğun üzərinə əlavə olunur, su tökülür və yenidən 1 saatlıq qaynamağa qoyulur.Vaxt keçdikdən sonra qazandakı bütün məhsulları kənara qoyun və suyunu süzün.Bulyon hazırdır.


loading...
Oxşar xəbərlər