Toyuq Filesinin ZİYANLARI

loading...

Toyuq Filesinin ZİYANLARI

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Bütün dünyada məşhur olan və fitnes sənayesində ən çox geniş yayılmış məhsul zərərli olabilərmi?Bu ağ ət ilə pəhriz saxlamaq düzgündür, yoxsa yox?

Toyuq filesi - idmançıların qida rasionunun əsası
Toyuq filesini hər kəs, bütün idmançılar, pəhriz saxlayanlar da belə yeyirlər.Bu məhsulu tərkibinə görə ideal adlandırmamaq mümkün deyil : minimum miqdarda yağ, maksimum miqdarda zülal və kalorisi də olduqca azdır.
Təəssüf ki, bu ağ ətin tərkibində olan çox miqdarda zülalın tərkibində çoxlu miqdarda konservantlar və toksinlər gizlənir.

Bu məhsulu qızartmalı, buxarda bişirməli yoxsa suda qaynatmalıyıq?
Əgər bu əti qızartmaq qərarına gəlmisinizsə, siz bunu yağsız edə bilməyəcəksiniz, belə olan halda isə onun kalori dəyəri yüksəlmiş olacaq.Yaxşı olar ki, onu ya suda ya da buxarda hazırlayasınız.

Tərkibindəki mineral və vitaminlərin sayı nə qədərdir ?
Yəqin ki, bir çoxlarınız toyuğun döş ətini bişirdiyiniz zaman ondan dəmir qoxusunun gəldiyini hiss etmisiniz.Lakin, natrium və dəmir maddəsi bu məhsulun tərkibində o qədər də çox deyil və təxminən 5 - 7 % təşkil edir.
Vitamin ehtiyatı baxımından isə toyuq ətinin tərkibində olan vitamin ehtiyatını hər hansı bir meyvənin tərkibində olan vitamin ehtiyatı ilə müqayisə etmək olmaz.Lakin, filenin tərkibində orqanizm üçün faydalı olan B3 və B6 vitaminləri vardır.

Toyuq filesi həqiqətən də ziyandırmı?
Toyuq əti - zərərli bakteriyaların inkişafı üçün əlverişli bir mühitdir.Buna görə də mütəxəssislər məsləhət görürlər ki, bütün məhsullar üçün ( ət, meyvə, tərəvəz, çörək ) eyni doğrama taxtasını istifadə etmək düzgün deyil və çiy ətlə təmasda olduqdan sonra da əlləri yaxşı yumaq lazımdır.

Toyuğun ölçüsü
Son günlərdə toyuq yetişdirməyi çoxları biznes halına gətiriblər.Belə yetişdirilən toyuqlar isə - daha ucuz formada yemlənir, lakin onların yetişdirilməsində isə daha çox və sürətli olmasını arzulayırlar.Hətta belə quşlara tez böyüməsi və daha ətli olması üçün müxtəlif dərman preparatları da verirlər.Belə olan halda isə bu cür toyuqlardan nəinki vitamin və mineral ala bilmərik, əksinə onlardan gələn ziyanlarla özümüzü zəhərləyə bilərik.

Toyuq ətini necə düzgün şəkildə seçmək olar ?
Artıq anladığımız kimi böyük, ətli və parlaq toyuq əti heç də onun keyfiyyətinin də bu dərəcədə olduğuna şahidlik etmir.Seçiminizi doğru edə bilməniz üçün bir neçə məsləhət verəcəyik : toyuq iki gündən artıq soyuducuda qalıbsa, əgər rəngi sarımtıl və qoxuludursa  belə toyuqlar yaxşı ola bilməz.
Lakin onu da nəzərinizə çatdıraq ki, əgər siz ayda bir dəfə yaxud da 2 həftədən bir toyuq yeyirsinizsə, o sizin sağlamlığınız üçün elə də ziyanlı olmayacaq.


loading...
Oxşar xəbərlər