Dadlı və Asan Dürmək Resepti
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Dürüm əsasən gənclərin və uşaqların ən sevdiyi təamlardan biridir.Quru yemək olduğu üçün və asan hazırlana bildiyi üçün analar bu yeməyi rahatlıqla uşaqları üçün məktəbdə yemək üçün də hazırlayıb qoya bilərlər.Beləliklə, dürümün hazırlanması üçün aşağıdakı məhsullar lazımdır :
300 qr - toyuq yaxud mal ətinin sümüksüz hissəsi ( istənilən ət növündən istifadə etmək olar)
1 ədəd soğan
1 ədəd bibər
2 ədəd pomidor
duz, istiot
duru yağ
lavaş
mayonez (zövqə görə)
kahı
Hazırlanma qaydası :
Zövqə görə ət növünü seçə bilərsiniz.Seçdiyiniz əti kiçik kub şəklində doğrayın.Tavaya bir qədər yağ tökülür.Üzərinə ət əlavə edilir və suyunu buraxdıqdan sonra soğan kiçik kub şəklində doğranılır və ətin üzərinə əlavə olunur.Ətlə soğan bir az bişdikdən sonra bibər və 5 dəqiqə sonra da pomidor əlavə edilib qızardılır.Duz, istiotu da zövqə görə əlavə edilir.Hazır edilmiş qarışım kənara qoyulur.
Lavaş götürülür və əgər sevirsinizsə üzərinə mayonez çəkilir (lavaş nazikdirsə 2 ədəd lavaşı üst - üstə qoyun).Mayonez çəkdikdən sonra kahı lavaşın üzərinə sərilir və hazır edilmiş ət qarışımı kahının üstündən qoyulur.Sonra səliqə ilə bükülür.Və dürüm hazırdır.
Nuş olsun!
Qeyd : Lavaşı bükərkən arasına istədiyiniz tərəvəzləri (təzə pomidor, xiyar və s.) də qoya bilərsiniz.
loading...