loading...
loading...

Sobada TOYUQ FİLESİ YEMƏYİ

loading...

Sobada TOYUQ FİLESİ YEMƏYİ


 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Toyuq filesindən ləziz və dadlı yemək hazırlamaq istəyənlər üçün maraqlı və asan resept təqdim edirik.


Lazım olan ərzaqlar :


file  - 1 kq

pomidor - 2 - 3 ədəd

bibər - 1 ədəd

sarımsaq - 5 - 6 diş
pendir - 250 qr
un - 1 st
mayonez - 6 - 7 xörək qaşığı
xardal - 2 çay qaşığı
göyərti ( şüyüt, cəfəri, göy soğan)
duru yağ
duz, istiot


Hazırlanma qaydası :


Fileni 1 - 1,5 sm qalınlığında uzununa parça şəklində kəsilir.Kəsilən hər parçaya duz, istiot və ədviyyat vurulur.Yüngülvari ət çəkici ilə döyülür.Hər iki tərəfdən döyülmüş əti unda urvalayaraq hər iki tərəfdən tavada duru yağda qızardılır.
Pomidorlar və bibərlər kiçik kub şəklində doğranılır.Göyərti də xırda doğranılır.Doğranmış tərəvəzlərin üzərinə sarımsağı sıxmaq lazımdır.Pendiri sürtkəcdən keçirib yarısını bu kütlənin üzərinə əlavə etmək lazımdır.Zövqə görə duz, istiot əlavə edilir və mayonez, xardal tökülür.
Qızardılmış fileler soba listinə düzülür və hər parçanın üzərinə hazırlanan tərəvəz qarışımı sərilir.Daha sonra isə üzələrinə pendir səpilir.Filelər sobada 200 dərəcə altında 15 - 20 dəqiqə müddətinə, üzərindəki pendirlər əriyənə kimi bişirmək lazımdır.


NUŞ OLSUN!

 

 

 

 

 

 

 

 

 

 

 

 
 

loading...
Oxşar xəbərlər