Gürcü Mətbəxindən - ÇAXOXBİLİ Resepti
Aile.fenomen.az saytı məlumat verir ki,
Toyuq ətindən çaxoxbili yeməyini hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır ( 8 - 10 nəfərlik ) :
1 ədəd toyuq
5 - 6 ədəd soğan
1 kq pomidor
3 - 4 diş sarımsaq
1 dəstə - keşniş, reyhan və cəfəri
1 ədəd yerkökü
1 ədəd şirin bibər
1 çay qaşığı acika
1 çay qaşığı xmeli suneli ədviyyatı
3 - 4 xörək qaşığı bitki yağı
duz
Hazırlanma qaydası :
İlk növbədə bütün tərəvəz və göyərtini yuyub təmizləmək lazımdır.Soğanı, sarımsağı və pomidoru doğrayıb hazır saxlayın.Sonra isə toyuğu doğrayın.Tava yaxud da qazana yağ əlavə edib qızdırın və toyuğu yağda qızardın.Üzərinə isə doğranmış soğanı əlavə edin.Bir qədər qızardıqdan sonra isə pomidoru da əlavə edin.Sarımsaq, göyərti və bütün ədviyyatları da yeməyə əlavə edin.Sonda isə qapağını örtün və bişənə kimi ocaqda saxlayın.
NUŞ OLSUN!