7 Günə 7 Kiloqram Arıqlayın!

loading...

7 Günə 7 Kiloqram Arıqlayın!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Qısa müddət ərzində tez artıq çəki atmaq istəyirsiniz?Bu pəhrizlə asan şəkildə 7 kq çəki ata bilərsiniz.

1 - Cİ GÜN

Səhər : yulaf yarması
3/4 stəkan yulaf yarmasına 1 stəkan yağsız süd əlavə edib bişirin.İçərisinə xırda doğranılmış banan əlavə etmək olar.

Nahar : lavaş bükməsi
Sobada yaxud da ocaqda bişirilmiş qırmızı bibəri, 85 qr suda bişirilmiş toyu yaxud hind quşu ətini, kahını nazik lazvaşın içərisinə büküb üzərinə 1 çay qaşığı yağsızlaşdırılmış mayonez
və 1 çay qaşığı xardal əlavə edin.

Şam : 100 qr bişirilmiş balıq, 2 ədəd dilimlənmiş və üzərinə 2 xörək qaşığı parmezan pendiri səpilmiş və təxminən 1 çay qaşığında qızardılmış pomidor, 100 qr bişirilmiş brokkoli və 100 qr yağsız yoqurt.

2 - Cİ GÜN

Səhər : 1 stəkan dondurulmuş giləmeyvə, yarım ədəd banan və 1 stəkan yağsız süddən hazırlanmış smuzi ( kokteyl kimi içki ), 1 çay qaşığı yağlılığı az yağlı olan yarım ədəd yağsız bulka.

Nahar : yağsız hazırlanmış 200 qr tərəvəz şorbası, kahı ilə hazırlanmış nazik lavaş bükməsi, 150 qr təbii yoqurt, 15 üzüm dənəsi.

Şam : 200 qr bişirilmiş yaxud qrildə hazırlanmış toyuq filesi, 3 ədəd kiçik qaynadılmış və şüyüt səpilmiş kartof, yarım stəkan bişirilmiş paxla.

3 - CÜ GÜN

Səhər : 3/4 stəkan isti südə əlavə edilmiş yarım stəkan yulaf yarması.İçərisinə 1 çay qaşığı bal, 1 çimdik darçın və yarım ədəd alma xırda doğrayıb əlavə etmək olar.

Nahar : 200 qr bişirilmiş toyuq filesi, 6 - 7 üzüm dənəsi, 1 xörək qaşığı mayonez və 1 xörək qaşığı yağsız xama əlavə edilmiş salat, banan.

Şam : 200 qr buxarda bişirilmiş krevet, 1 ədəd bişirilmiş kartof ilə 1 xörək qaşığı yağsız xama, 100 qr yağsız yoqurt.

4 - CÜ GÜN

Səhər : xırdalanmış alma və 30 qr yağsız pendir çəkilmiş yarım ədəd yağsız bulka,təbii yoqurt.

Nahar : 200 qr tomat şirəsi, bişirilmiş yağsız ət, 1 ədəd doğranmış pomidor, kahı, 1 çay qaşığı mayonez və 1 çay qaşığı xardaldan hazırlanmış nazik lavaş bükməsi.

Şam : 85 qr bişirilmiş balıq, 1 stəkan yarım xırda doğranılmış kələm, 2 budaq yaşıl soğan və 2 xörək qaşığı yoqurt əlavə edilmiş salat.100 qr bişirilmiş qəhvəyi düyü, yarım stəkan öz şirəsilə koservləşdirilmiş ananas.

5 - Cİ GÜN

Səhər : qaynar yağsız süddə bişirilmiş  və 100 qr giləmeyvə və 1 stəkan badam yarpağı əlavə edilmiş yulaf yarması.

Nahar : yarım ədəd bulkanın içərisinə 2 xörək qaşığı paxla və üzərinə pendir əlavə edib mikrodalğalı sobada bişirmək lazımdır və yarım ədəd narıngi.

Şam : 85 qr yağsız ət, 1 stəkan balqabağın lətli hissəsindən hazırlanmış salat ( balqabağın üzəriə darçın, kahı, 1 çay qaşığı limon şirəsi və 1 çörək qaşığı yağsız təbii yoqurt əlavə edilir).

Desert : dondurulmuş vanilli yoqurt və 100 qr giləmeyvə.

6 - CI GÜN

Səhər : 1 çay qaşığı yerfındığı yağı çəkilmiş 1 ədəd vafli və yarım ədəd banan, 1 stəkan yağsız süd.

Nahar : 1 qab konservləşdirilmiş ton balığı, 1 ədəd doğranmış xiyar və halqa şəklində doğranmış soğandan hazırlanmış və üzərinə yağsız mayonez və xardal çəkilmiş lavaş bükməsi, yarım ədəd bananla qarışdırılmış 100 qr təbii yoqurt.

Şam : 3/4 stəkan bişirilmiş qəhvəyi düyü, yarım stəkan qarğıdalı dənələri, 60 qr xırda doğranılmış hind quşu əti, 1/4 stəkan konservləşdirilmiş paxladan hazırlanmış salat.1 ədəd alma.

7 - Cİ GÜN

Səhər : 30 qr yağsız pendir, 1 ədəd doğranmış pomidor, 1ədəd yumurta və ispanaq yarpaqları ilə hazırlanmış tost.1 ədəd qreypfrut.

Nahar : 100 qr qara paxla, 1 ədəd mandarin dilimi, qırmızı bolqar bibər və qırmızı soğan,1 çay qaşığı limon suyu və göyərtidən hazırlanmış nazik lavaş bükməsi. 1 ədəd armud.

Şam : 85 qr qrildə qızarılmış yağsız ət, 1 ədəd bişirilmiş kartof, 200 qr buxarda yaxud da suda bişirilmiş kabaçki, yarım stəkan öz şirəsində konservləşdirilmiş ananas.


loading...
Oxşar xəbərlər