5 Dəqiqə Ərzində Çox Dadlı Omlet

loading...

5 Dəqiqə Ərzində Çox Dadlı Omlet

 
Aile.fenomen.az saytı məlumat verir ki, 


Hər kəs səhərini gözəl və dadlı səhər yeməyi ilə açmaq istəyər.Xüsusilə də yumşaq və qabarmış omlet səhərlər hamının sevimli yeməyi ola bilər.Çox dadlı və asan omlet reseptini sizinlə də bölüşürük. 

Lazım olan məhsullar :

3 ədəd yumurta 
2 xörək qaşığı süd 
40 qram pendir 
1 çay qaşığı duru yağ
duz

Hazırlanma qaydası :

İlk olaraq bir qabda yumurta, süd və duz əlavə edib qarışdırın.Pendiri kənarda sürtkəcdən keçirin və qaba əlavə edin və qarışdırıb kənara qoyun. 

Tavanın içərisinə yağ əlavə edib qızdırın.Yağ qızdıqdan sonra qabdakı qarışımı tavaya əlavə edib hər iki tərəfini qızardın.Sonda istəyinizə uyğun olaraq üzərinə göyərti əlavə edə bilərsiniz. 

Qeyd etmək lazımdır ki, belə omleti süfrəyə təzə tərəvəzlərlərlə təqdim edərək səhər yeməyinizi xüsusilə faydalı edə bilərsiniz. 

Nuş olsun!

loading...
Oxşar xəbərlər