Bağlı Pizza Resepti
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Qat - qat xəmirdən bağlı pizza reseptini təqdim edirik :
Lazım olan məhsullar :
2 ədəd mayalı qat - qat xəmir
2 ədəd pomidor
150 qr - mozarella pendiri
100 qr - kolbasa
100 qr - göbələk ( qızardılmış şampinyon )
göyərti - zövqə görə
mayonez, ketçup
Hazırlanma qaydası :
Yuxarıda adı sadalanan bütün tərəvəz və ət məhsullarını xırda şəkildə doğrayın.Sonra qat - qat xəmirlərdən götürüb yayacaq vasitəsilə bir qədər yayın.Bütün xəmirləri bu tipdə hazırlayın.Soba listinin içərisinə perqament kağız çəkin.Xəmirləri kağızın üzərinə qoyun.Xəmirin kənarlarından 1,5 sm saxlayaraq içərisinə ketçup və mayonez çəkərək doğradığınız məhsulları üzərinə qoyun.Içliyi qoyduqdan sonra 2 - ci xəmiri də içliyin üzərinə qoyub barmaqlarınızla sıxıb möhkəmlədin.Lakin pendiri sona saxlayın.
Pizzanı əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə müddətinə bişirin.
Pizzanın bişməsinə 5 dəqiqə qalmış üzərinə sürtkəcdən keçirilmiş pendiri əlavə edib sobaya göndərin.
Nuş olsun!
loading...