Sərinləşdirici içkilər
loading...
Sərinləşdirici içkilər
Qarşıdan yay gəlir. Havalar isindikcə orqanizmin soyuq içkilərə olan meyli artır. Sizlərə bir neçə sərinləşdirici içki resepti demək istəyirəm.
Çiyələkli kokteyl
– 450 qram çiyələk
– 300 qram dondurma
– 200 qram süd
– 30 qram şəkər tozu
Çiyələklər yuyulur, dondurma ilə birlikdə blenderdə çalınır. Üzərinə süd əlavə olunub soyuducuya qoyulur.
Çiyələkli limonad
– 500 qram çiyələk
– 700 ml qazlı su
– 75 qram limon
– 50 qram şəkər tozu
Çiyələkər yaxşı yuyulub təmizlənir, blenderdə şəkər tozu ilə birlikdə püre halına gələnədək üyüdülür. İçərisinə limon şirəsi əlavə olunub su qatılır. Limonad soyuducuda saxlanılır.
Çiyələkli bananlı kokteyl
– 1 ədəd banan
– 1 stəkan çiyələk
– 100 qram buz
– 170 qram yoqurt
– 1/4 stəkan qatılaşdırılmış süd
Buz və yoqurt blenderdə üyüdülür, doğranmış banan və çiyələklər südlə birgə blenderə əlavə edilir. Eynitərkibli kütlə alınana qədər qarışdırılır. Soyuq halda içilir.
immunitet.az
loading...