Sizə Yalan Söyləyələri 6 Addımda Tanıyın
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Bu məlumat hər kəsin diqqətini çəkəcək.Çünki, hər kəs qarşısındakı insanın doğru olduğuna, doğru danışdığına əmin olmaq istəyir.Beləliklə, aşağıdakı yolların köməyilə özünüzə yardım edə bilərsiniz.
Zaman qazanmağa çalışmaq
Yalan söyləyən insanlar özlərinə əlavə zaman qazanmaq üçün soruşulan suallara cavab verərkən lazımsız sözlər toplusu yaradarlar və verilən sualı yenidən təkrar edərlər.
Qeyri – iradi hərəkətlər
İnsanalar çəkindikləri yalanı söyləyərkən çox zaman əllərini üzlərinə doğru qaldıraraq burun yaxud da ağızlarına toxunarlar.
Fiziki hərəkətlər
Yalan söyləyərkən ən çox edilən hərəkətlərdəndir.Bu hər kəsdə fərqli şəkildə olur.Kimisi danışarkən ayaqlarını qabağa tutar və onu çıxış qapısına doğru yönəldər, kimisi də əllərini bir – birinə keçirər və ayaqlarını üst – üstə qoyarlar.
Anormal göz kontaktı
Doğru danışan insan qarşısındakı insanla ünsiyyətdə olarkən söhbətin 60 % - də onunla göz kontaktı qurar.Lakin, yalan söyləyənlərdə bu faiz bu cür deyil.Yalançılar göz kontaktından hər zaman maksimum uzaq durmağa çalışarlar.
Həyəcan, gərginlik, qorxu, təşviş
Yalan danışanların səs tonunda titrəmələr, danışıq tempində sürətlənmə, qısa və sürətli tənəffüs, qızarıqlıq və tərləmə olur.
Söhbətin bağlanması
Qarşınızdakı insanın oğru söyləyib söyləmədiyini yoxlamaq istəyirsinizsə, mövzunu bağlayırmışsınız kimi edin.Bu durumdan o həddindən artıq xoşbəxt olarsa, ehtimal etmək olar ki, həmin insan yalan söyləyirmiş.