Zəkalı İnsanların 6 Manipulyasiya Texnikası
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Manipulyasiya nədir ?
Manipulyasiya – idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir.
Gəlin bu 6 xüsusi texnika ilə sizi də tanış edək :
Şüuraltı manipulyasiya
Danışarkən özünə əmin bir şəkildə tez – tez başı yuxarıdan aşağıya doğru sirkələmək qarşıdakı insanın da siz dediyiniz fikrə həmfikir olmasına yol aça bilər.Çünki bu cür edilmiş hərəkətlər insan beynindəki ayna neyronlarının işə keçməsinə yol açar və nəticədə yuxarıda dediyimiz mexanizm alına bilər.
Özgüvən əksikliyi
Manipulyativ bir insan həmsöhbətinin xarakteri ilə və ya xarici görüüşü ilə bağlı özgüvən duymadığı halda başqa bir insanda təsbit edərək bunu ona bildirə bilər.
Tək çarə
Bu texnikanın proseduru belədir : "problem yarat, reaksiyaları gözdən keçir, kömək istəməklərini təmin et və problemin həlli yolunu təqdim et”.
Məhrum etmək
Ailədə yaxud sosial mühitdə tez – tez görülən bu manipulyativ psixologiya, insanları itaət etdirmək üçün istifadə olunur.Azadlıq və öz gəlir mənbəyimizi yaratmamız bu manipulyasiya tələsindən qurtulmaq üçün tək yoldur.
Müttəfiq duruş
Sizə qarşı əsəbi və reaksiyalı olan bir insanın qarşısında dikəlmək əvəzinə, onun yanında durun və gözlərinə baxın.Belə olan halda, siz həmin insanın şüuraltısında onun əksi olan tərəfdə deyil, müttəfiqi olduğunuz mesajını vermiş ola bilərsiniz.
Ben Franklin təsiri
Sizdən xoşu gəlməyən yaxud da çox da yaxşı tanımadığınız şəxsin sizi sevməsini istəyirsinizsə, ondan rədd edə bilməyəcəyi yaxşılıq istəyin.Həmin insan sizə yaxşılıq edərək sizin ona borclu olduğunu düşünəcək.Bundan sonra isə o insan düşünəcək ki, o sizə yaxşılıq edibsə deməli, sizi sevir ki bu yaxşılğı edə bilib.Bu fikir get – gedə onun şüuraltısına işləyəcək və artıq o insan sizin haqqınızda düşünməyə başlayacaqdır.