ZƏKALI və MƏNTİQLİ İnsanların ƏN MƏŞHUR 6 GÖSTƏRİCİSİ
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Bu özəlliklərlə sizi də bir – bir tanış edək.
Nəzakət qaydaları
Zəkalı insanlar həm xanımlar, həm də bəylər adətən alicənab və aristokrat olurlar.Onlar nəzakətli olur və bütün nəzakət qaydalarına riayət etməyə çalışırlar.İnsani keyfiyyətləri həddindən artıq çox olar və qarşısındakı insanlara hər zaman dəyər verirlər.
Bu bir faktdır ki, ağlınıza gələn istənilən zəkalı insanı araşdırsanız onun mütləq şəkildə nəzakətli insan olduğunu görəcəksiniz.
Duyğusal və uşaq ruhlu olmaları
Zəkası və məntiqi güclü olan insanlar duyğu göstəricisi baxımından da çox zəngin olurlar.Mütləq şəkildə məntiqi inkişaf duyğusal inkişafa da böyük təsir edəcəkdir.Buna görə də uşaq ruhlu qalmağı bacaran insanlar daha zəkalıdır deyə bilərik, çünki, uşaqlar duyğularını hər zaman daha dərin və səmimi şəkildə yaşayırlar.
Fiziki güc
Zəkalı insanlar çox böyük fiziki enerjiyə malikdirlər.Bu doğumdan gələn enerji deyil.Bu enerji həmin insanda adaptasiya olmuş mövzuya uyğun olaraq şüuraltı yaranır.Koordinal olaraq iradə və ürək də bu enerjini qarşılayır.
Təbii görünüş
Zəkalı insanların ən bəlli özəlliklərindən də biri təbii və olduqları kimi görünmələridir.Onlar həm zəkalarını bəlli edərlər, həm də uşaq kimi hərəkətlər edərlər.Buna görə də, bu insana qarşı hər zaman sorğu – sual doğar – bu insan həqiqətən də zəkalı və məntiqlidirmi ?!
Dissiplinli olmaq
Zəkalı insanlar işlərini hər zaman dissiplili və oyun oynar kimi tərzdə edərlər.Etdikləri işi böyük ciddiyyət və məsuliyyətlə edər, lakin bu işə bir qədər fərqli oyun abu – havası qataraq onu daha zövqlü hala gətirərlər.
Həm real, həm xəyalpərəst olmaq
Bu insanlar iki xarakteri bir –birinə qarışdırmadan hər iki dünyada yaşayırlar.Onlar həm real dünya və həyatla bağlarını qoparmazlar, həm də öz xəyal dünyalarından da çıxmazlar.Normal insanlara görə onların xəyalları fantastik gəlir.Lakin, onları ən yaxşı təbii ki, elə zəkalı insanların özləri başa düşür.