Necə Daha CƏLBEDICI Ola Bilərik ?

loading...

Necə Daha CƏLBEDICI Ola Bilərik ?

 Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.

 

Bir qrup insanlar var ki, səbəbi bəlli olmadan hər zaman hər kəsin diqqətini öz üzərlərinə cəlb edə bilirlər və belə insanlar maraqlı insanlardır.Bu cür səbəbsiz şəkildə ya görünüş, ya səs, ya jest – mimikası ilə diqqəti cəlb etməyi bacaran insanlara cəlbedici insanlar da deyilir.

 

Görəsən, cəlbedici insan olmaq nə deməkdir ? Onun hər hansı bir formulu varmı ?

 

Bu cür insanlar yuxarıda da qeyd etdiyimiz kimi bizi cəlb eə bilirlər, bu onların enerjisi, görünüşü, hətta jest – mimikası da ola bilər.Belə insan olmaq üçün əlbəttə ki, insanın bu xüsusiyyətin özünün də təbiətində olması lazımdır, lakin, cəlbedici ola bilməyin bir sıra yolları ilə sizi də tanış edəcəyik.

 

 1.    Gözəl səs tembri

 

Hətta insanı görmədən belə, onun səsinə aşiq olmaq mümkündür.Psixoloqlar bildirir ki, danışıq üçün ən gözəl səs aşağı, sinədən gələn səslə danışmaqdır.Öz üzərinizdə müəyyən zama işləməklə siz istədiyiniz səs tonunu yaxalayıb, o səslə danışa bilərsiniz.

 

 2.     Nitq mədəniyyəti

 

Hər zaman yadda saxlayın ki, səs nə qədər xoş olursa olsun, o möhkəm və yüksək səslənirsə, bu artıq kobudluqdur və ətrafdakıları yorur.Eyni zamanda danışıq zamanı ən önəmli faktlardan biri də sözlərin vurğusu və onları yerli yerində işlənməsidir.

 

3.    Xoş sima

 

Simamız bizim ən öndə olan üzvümüzdür.O hər zaman sakit və rahat olmalıdır.Narahat olan və narazı görünən sima hər zaman həmin insanı tək qoyur, çünki belə üz ifadəsi olan şəxslə heç kim ünsiyyətdə olmaq istəmir.Gərginliyinizi kənara atmağı və öz – özünüzü sakitləşdirməyi bacarın.

 

 4.      Jest – mimikanı idarə etmək bacarığı

 

Ani hərəkətlərdən hər zaman uzaq durun.Özünüzə və jest – mimikalarınıza sahib çıxmağı bacarın.Onlardan həddi aşmadan, yerində istifadə edin.Yadda saxlayın ki, həddindən artıq çox jestlərdən istifadə etmək mədəniyyətsizlik kimi görünə bilər.

 

loading...
Oxşar xəbərlər