Yatmamışdan Qabaq Bunları Mütləq Yeyin!
Aile.fenomen.az saytı faydalı məlumatlar bölüşməyə davam edir.
Sağlamlığınızın hər daim gözəl və möhkəm olması üçün saytımız hər zaman əlindən gələni etməyə çalışır.İndiki məlumatımız da bu mövzudan fərqli deyil.
Təxminən 1 ay yarım hər gecə yatmazdan öncə bunları yeyin :
1 ədəd incir qurusu
5 ədəd ərik qurusu ( qaysı )
1 ədəd qara gavalı qurusu
Bu meyvələrin tərkibində ağıla gəlməyəcək qədər faydalı element və birləşmələr var.
Qaysi, yaxud qurudulmuş əncir - vitaminlərlə olduqca zəngindir.Elm tərfindən sübut olunmuşdur ki, qaysı tərkibindəki kalium maddəsinin hesabına ürək əzələlərini möhkəmləndirir.Bu faydalı meyvədən həmçinin onkoloji xəstəliklərlə profilaktika məqsədi ilə də istifadə olunur.Bu "möcüzəvi” meyvənin tərkibində fosfor, dəmir, kalsium, karotin və B5 vitaminləri var.
İncir – xərçəng xəstəliyi ilə mübarizədə çox faydaldır.Həmçinin qurudulmuş icir bağırsaqdan parazitlərin xaric oluması üçün də çox əlverişli meyvədir.Xalq təbabətində bu meyvədən bronxitin müalicəsi üçün istifadə olunur.
Qara gavalı qurusu – sağlamlığımız üçün bizə bəxş olunan təbiətin daha bir möcüzəsidir.Gavalı qurusunun ən çox faydalı olduğu nahiyə mədə - bağırsaq traktıdır.Gavalıdan hazırlanmış qarışım həzm sisteminin fəaliyyətinin normallaşdırılması yolunda olduqca faydalıdır.Bu meyvə həmçinin ürək xəstəlikləri, yüksək təzyiq zamanı əvəzsiz təbii dərmandır.Tərkibindəki yüksək miqdarda olan A viatminin hesabına gavalının görmə üçün də faydası çoxdur.