DİQQƏT! Pişiklər Hamilələr Üçün Təhlükəlidir
Aile.fenomen.az saytı məlumat verir ki,
Hamilə qadınlar heyvanlarla təmas zamanı həddindən artıq çox diqqətli olmalıdır.Beləliklə, məsələn, toksoplazmos - pişiklərdə ötürülən xəstəlikdir.Bu nə üçün təhlükəlidir və nə üçün belə bir dövrdə evdə pişik saxlamaq məsləhət deyil.
İnanmaq çətin olsa da bizə şirin görünən pişiklər toksoplazmosun keçiriciləridir ki, bu da tək ana üçün yox, bətnindəki körpəsi üçün də olduqca təhlükəlidir.Xəstəliyin bu forması sinir sisteminin fəaliyyətini pozur və dərhal körpənin qanına infeksiya şəklində daxil olur.
Əgər hamiləliyə qədər evdə pişiyiniz artıq var idisə onu ümumi müayinədən və toksoplazmosu müəyyən edən analizlərdən keçirmək üçün veterinar həkimə müraciət etməyiniz məsləhət görülür.
Pişiklər bu xəstəliyə əsasən mikroblu ət yaxud yığıntı yedikləri zaman yoluxurlar.Evdə normal şəkildə və fərdi qidalarla qidalanan pişiklərdə isə bu xəstəliyin olma ehtimalı minimumdur.