Hamilə Qalmaq İSTƏYƏNLƏR OXUSUN!

loading...

Hamilə Qalmaq İSTƏYƏNLƏR OXUSUN!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Bəzən elə olur ki, ailədə cütlüklər cinsi əlaqə zamanı artıq qoruyucu və hamiləlik əleyhinə olan dərman, kremlərdən istifadə etməməyə başlayırlar.Onlar əsl seksin həzzini yaşamaq istəyirlər.Lakin, nəticədə hamiləlik baş vermir.Bu artıq narahatlıq hissi oyatmağa başlayır.Belə bir vəziyyətdə nə etmək olar ?

Əgər cütlüklərin yaşı 28 - dən kiçikdirsə, 1 il narahat olmadan gözləmək olar.Bu da onunla bağlıdır ki, 75 % vəziyyətlərdə hamiləlik 1 il yaxud da 6 ay sonra da baş verə bilir.Yaş dövrü artdıqca isə sirr deyil ki, hamilə qalma prosesi də çətinləşir.

Bəzi hallarda həkim məsləhəti mütləqdir.Məsələn, əgər menstrual dövrünüz zəifləyib, yaxud da vaxtlı - vaxtında baş vermirsə həkimə müraciət etmək məsləhətdir.Yaxud da 3 sikl ərzində ovulyasiya baş verməyibsə, bu da problem hesab olunur.Əgər qadında süd əmələ gəlib və fərqli nahiyələrində tüklər yaranmağa başlayıbsa bu hormonal pozğunluqdur.Səbəb iltihabi problemlər də ola bilər.

Uşaq haqqında söhbət gedirsə, vacibdir ki, bunu cütlüyün hər ikisi istəsin, digəri nə isə bir şeyi bəhanə gətirməsin.Bunu ailəli insanlar özləri öz aralarında danışmalı və qərar verməlidirlər.

Hamilə qala bilmək üçün ən önəmli faktorlardan biri də pozadır.Uşaq dünyaya gətirmək istəyən cütlüklərin nəzərinə çatdırmalıyıq ki, belə olan təqirdə seks zamaı bəylər üstdə, xanımlar isə aşağıda olmalıdırlar.Qadınlar onu da bilməlidir ki, kişi eyakulyasiyaslından sonra olar 20 dəqiqə sakit şəkildə uzanmalıdırlar.Buna görə də bunun üçün ən əlverişli zaman gecədir.

Siqaret çəkməyi tərgitmək lazımdır.Siqaret çəkən şəxslərin spermaları az olur və spermatazoidlərin hərəkəti də zəif olur.Eləcə də qadınlara da aiddir.Siqaretdən istifadə edən qadınların da ana olmaq şansı olduqca azdır.Buna səbəb isə hormonal sferada ola dəyişikliklər ola bilər.
Hamilə qalmaq istəyən xanım bunları bilməlidir :

Ovulyasiyanı olub - olmamasından əmin olmaq lazmdır.Menstrual dövrün də zamanında olması vacibdir.Ovulyasiyanın əlaməti - uşaqlıq yolu boynunun qişası dəyişilir.O daha duru, şəffaf olur.Eləcə də ovulyasiya zamanı sinə nahiyəsində ağrı və spazmların olmasına da diqqət yetirmək lazımdır.

Sekslə məşğul olma zamanını da düzgün seçmək lazımdır.Yaxşı olar ki, bunu menstruual siklinizin 11 - 16 - cı günləri gecələr edəsiniz.

Gün ərzində çalışın ki, 1 fincandan artıq qəhvə içməyəsiniz.Tərkibində kofein olan bu və digər başqa belə məhsullar hamilə qalma riskini aşağı salır.

Kişilər bunlara diqqət yetirməlidirlər :

İstənilən viruslu və yüksəlmiş temperaturlu xəstəlikdən sonra sperma 3 ay ərzində yenidən bərpa olunur.Steroidlərdən uzaq durmağa çalışın - olar hormonal tarazlığı pozur və yumurtalara pis təsir göstərir.Dərmanlarla və spirtli içkilərlə maksimum dərəcədə diqqətli olun.

Yumutalar məsləhətdir ki, sərində olsun.Müxtəlif yorucu fiziki gərginliklərdən, yüksək temperaturdan uzaq durmağa çalışın.

Sperma orqanizmdə qaldığı zaman daha da güclənir.Yaxşı olar ki, bəylər özlərini qadınların ovulyasiya günlərinə saxlasınlar və o günlərdə daha aktiv olsunlar.



loading...
Oxşar xəbərlər