Süd Dişlərinə Qulluq Etmək Nə Üçün Önəmlidir ?

loading...

Süd Dişlərinə Qulluq Etmək Nə Üçün Önəmlidir ?

 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Dişlərin sağlam olması çox şeydən asılıdır.Buna görə də lap kiçik yaşlardan dişlərə diqqət yetirmək lazımdır.Körpədə ilk dişlərin çıxması əlamətdar bir hadisədir.Bu dişlər müvəqqəti olsalar da, onlara düzgün qulluq etmək lazımdır ki, daimi dişlərin sağlamlığı yerində olsun.Buna görə də valideynlər deməsinlər ki, süd dişləri müvəqqətidir və onlara heç bir xüsusi qulluq lazım deyil.


Belə bir vəziyyətdə ən vacib məsələ uşaqlarda diş ərpinin müalicə olunmasıdır, daha da yaxşı olar ki, onun ümumi profilaktikası aparılsın.Bu problem uşaqlarda körpəlik dövründə yarana bilər və məhz valideynlərin belə vəziyyətlərdə xüsusilə diqqətli olmaları vacibdir.


Diş ərpinin əmələ gəlməsinin səbəbi nədir ?


Diş ərpi kimi problemlər hətta kiçik yaşlı körpələrdə də yarana bilər.Bəzən bu problem körpələrdə 2 - 3 yaş arası, bəzən də heç 2 yaşı tamam olmadan da yarana bilir.Bəs belə erkən bir dövrdə belə diş problemlərinin yaranma səbəbləri nələrdir ?


1 ) Ağız boşluğunun kifayət qədər gigiyenik tələblərə cavab verməməsi ;
2 ) Körpəni qidalandırarkən düzgün olmayan əmzik ucunun seçilməsi ;
3 ) Körpələrin tərkibində lazım olduğundan daha çox şəkər və ya turşu olan qidalarda istifadə etməsi ;
4 ) Körpənin orqanizmində hər hansı bir mineral yaxud mikroelementlərin çatışmazlığı .

 


loading...
Oxşar xəbərlər