Hamilə Qalmaq İstəyənlər! Vitamin D Hamilə Qalma Şansınızı Artırır !

loading...

Hamilə Qalmaq İstəyənlər! Vitamin D Hamilə Qalma Şansınızı Artırır !

 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Birminqem universitetinin mütəxəssisləri hamilə qala bilmək üçün müalicə alan 2700 qadını müşahidə ediblər.Belə müəyyən edilib ki, normal vitamin səviyyəsinə sahib olan qadınların 33 % - i daha tez doğuş edə bilir və 46 % daha tez hamilə qala bilirlər.


Bu da yayda və payızda mövsümlərində daha rahat hamilə qala bilmənin əsas səbəbini açıqlayır, çünki məhz bu mövsümdə orqanizm vitaminlərlə zəngin olur.Vitamin D isə uşaqlıq yolunun möhkəm olmasına və embrionun daha uğurlu şəkildə birləşməsinə şərait yaradır.


Bundan başqa, vitamin D dölün inkişafı üçün də olduqca faydalıdır.O, körpənin sümüklərinin böyüməsinə, möhkəmlənməsinə və onun ümumi daxili inkişafına yardım edir.Əlbəttə ki, bu vitamin əlavələrini kor - koranə şəkildə həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil.Onun istifadəsində miqdar həddi aşdığı zaman orqanizmdə həddindən artıq kalsium yığıla bilər.Bu da əlbəttə ki, öz növbəsində əs təsir göstərərək sümükləri zəiflədə, ürəyə və böyrəklərə öz ziyanlı təsirini göstərə bilər.

loading...
Oxşar xəbərlər