Ucadan Oxumaq Yaddaş Üçün FAYDALIDIR
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Kanadanın Vaterloo universitetinin alimləri araşdırmalar zamanı müəyyən ediblər ki, hər hansı bir mətn yaxud da material oxuduğunuz zaman onu uca səslə oxumaq yaddaşı möhkəmləndirir.
Alimlər Vaterloo universitetinin 75 tələbəsinin iştirak etdiyi bir eksperiment keçiriblər.İştirakçılar
araşdırmaçıların onlara kompyuterdə nümayiş etdirdiyi 20 sözü diktofona yazıblar.2 həftə keçdikdən sonra iştirakçılar verilən yeni sözləri müxtəlif üsullarla yadda saxlamağa çalışıblar : sözləri ya uca səslə, ya da səssiz yaxud da digər insanların səsi ilə.
Alınan nəticələr isə belə olub - sözləri yadda saxlamanın ən yaxşı yolu onları ucadan, sözbəsöz təkrar etməkdir.Öz səsini yazaraq ona təkrarən qulaq asmaq da effektiv metodlardandır.Səssiz oxumaq isə ən əlverişsiz yol oluduğu açıqlanıb.
loading...