Qarşınızdakı Şəxsin Yalan Danışdığını Necə Anlaya Bilərsiniz ? Üsulları..

loading...


 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Müasir günümüzdə artıq neyro - linqvistik proqramlaşdırma teoriyası çox məşhurdur.Bu teoriyaya inansaq, deməli, bir insanın söhbəti zamanı yalan yaxud da doğru dediyini alamaq onun üz ifadələrinin hesabına mümkündür.

Bu zaman qarşınızdakı şəxsin danışdıqlarının doğru olub - olmamasını yoxlamaq üçün onun sadəcə hansı istiqamətə baxdığına fikir vermək kifayətdir.

Əgər həmsöhbət olduğunuz şəxs yuxarı tərəfə sağa baxırsa o beynində quracağı və deyəcəyi yalanlar haqqında düşünür.Yox, əgər, sola yuxarıya doğru baxırsa, deməli real olanları xatırlayır və nəql edir.Bəs görəsən, bu həqiqətən də belədirmi ?

Bu nəticəyə gəlmək üçün britaniyalı alimlər bir sıra eksperimentlər aparıblar.Onlardan birincisində 32 nəfər iştirak edib.Onları bir növbə şəklində yalan və doğru demək tapşırılıb və bunları videoya qeyd ediblər.Nəticədə isə tədqiqatçılar eksperiment gedişatı zamanı iştirakçılar danışdıqları zaman onların gözlərinə və üzlərinə diqqət yetiriblər.Və son olaraq yuxarıdakı qənaətə gəlinib.

Lakin, bütün bunlarla yanaşı digər bir qisim alimlər isə təkid edirlər ki, nə göz, nə üz , nə də jest hərəkətləri insanın doğru yaxud da yalan danışdığını ifadə edə bilməz.


loading...
Oxşar xəbərlər