Körpə Əmizdirən Analar NƏLƏRİ YEMƏMƏLİDİR?

loading...

Körpə Əmizdirən Analar NƏLƏRİ YEMƏMƏLİDİR?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Bilidiyimiz kimi yenicə dünyaya göz açan körpənin sağlamlığının əsası demək olar ki, onun qidası olan ana südündən asılıdr.Analar da bu məsuliyyətli zamanın hər anına mütləq şəkildə diqqət etməlidirlər.Yorucu və çətin hamiləlik dövründən sonra ana ilə körpə tamamilə fərqli və həssas bir dövrə keçid alırlar.Normal şəraitdə körpələrə ilk 6 ayda sadəcə ana südü, 1 yaşına kimi ana südü verilməlidir.

Ana südünün önəmli tərəfləri nələrdir ?
Körpənin həyat və sağlamlığı üçün ana südü ilə qidalanması mütləqdir.Ana südü ilə qidalanan körpələrin gələcək həyatlarında olan sağlamlıqları ana südü ilə qidalanmayan uşaqların sağlamlığından daha möhkəm olur.Ana südü uşağın immun sistemini və ümumi sağlamlığını möhkəmləndirir, onu əlavə təsirlərdən qoruyur.Ana südü körpə ilə ana arasında əlaqə yaradan möcüzəvi bir vasitədir.Buna görə də əgər ana stressli, depressiyalı və narahat olarsa bu dərhal körpəsində də özünü göstərəcəkdir.

Əmzirən analar nələri yeməməlidirlər ?
Belə bir həssas dövrdə qıcıqlandırıcı meyvələr, məsələn, portağal, ərik, gilənar, yemiş, qarpız kimi məhsullar yeyilməməlidir. 

Brokoli, kələm, turp, Brüssel kələmi, soğan, reyhan, noxud kimi məhsullar qaz yaratma özəlliyiə sahibdirlər.Yaddan çıxarmaq olmaz ki, körpə üçün qaz problemi olduqca çətindir.

Həddindən atıq çox çay içmək, tərkibində kofein olan qəhvə növləri, şokolad və qazlı içkilərin qəbulu da ana südünə öz mənfi təsirlərini göstərir.

Xiyar, qarğıdalı, buğda, balqabaq kimi qidalar da yeyilməmli olan qidalar siyahısındadır.

Qaz əmələ gətirən digər qrup məhsullara isə süd məhsullar aiddir.Süd, qatıq, pendir, kərə yağı da körpə əmzirilən dövrdə yeyilməməlidir.Bu təsir ana südü vasitəsilə körpəyə keçdikdə onda qaz, ishal və dəri problrmlərinə səbəb ola bilər.




loading...
Oxşar xəbərlər