loading...
loading...

Hamilə Qadın Nə Zaman QEYSƏRİYYƏ ƏMƏLİYYATI OLUNMALIDIR?

loading...

Aile.fenomen.az saytı məlumat verir ki,

Normal halda əgər ana yaxud da körpənin sağlamlığında bir problem yoxdursa, bütün qadınlara normal doğuş məsləhət görülür.Lakin, bir sıra hallar var ki, bu kimi vəziyyətlərdə normal doğuş təhlükəli hesab olunur və belə hamilələrə qeysəriyyə əməliiyatı edilir.Hamilə qadınları narahat edən və marağına səbəb olan ən məşhur suallar bunlardır  - qeysəriyyə əməliyyatı hamiləliyin neçənci həftəsi baş verməli və hansı vəziyyətlərdə hamilələr qeysəriyyə əməliyyatı olunmalıdırlar?

Aşağıda sadalanan vəziyyətlərdə hamilələr mütləq qeysəriyyə yolu ilə körpələrini dünyaya gətirməlidirlər :

Ana namizədində ani təzyiq yüksəlməsi halı ;
Anada vaginal problemlər olarkən ;
Çoxlu sayda doğuş etdiyi zaman ;
Körpə ana bətnində tərs pozisiyadadırsa ;
Anada şəkər xəstəliyi və qanaxma olduğu zaman ;
Ciftin körpədən erkən vaxtda ayrılması vəziyyətində ;
Anada və körpədə yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün və s. bu kimi vəziyyətlər.

Qeysəriyyə əməliyyatı nə zaman edilməlidir ?
Qeysəriyyə əməliyyatının tam dəqiq bir edilmə tarixi yoxdur.Körpənin inkişafından asılı olaraq əgər hər hansı bir problem yoxdursa, 39 - cu həftədə əməliyyat həyata keçirilməlidir.Qeysəriyyə əməliyyatının davametmə müddəti 30 - 60 dəqiqə arası çəkir.Qeyd edək ki, ana namizədi əgər daha öncə qeysəriyyə əməliyyatı edilibsə belə şəxslərin əməliyyat vaxtı uzun çəkir.

Əməliyyatdan sonra analar nə zaman düzəlir?
Ana namizədinin yaxşılaşması üçün bir qədər vaxt lazım olur.Belə ki, tikiş yerlərinin sağalması təxminən 1 həftə çəkir.Lakin, bu dövrdə ən önəmli şey yaranı mikrob və infeksiya yoluxmasından gözləməkdir.

loading...
Oxşar xəbərlər