Vaxtından gec Doğulmuş KÖRPƏLƏR

loading...

VAXTINDAN GEC DOĞULAN KÖRPƏLƏR

Hər bir hamilə qadın  və səbrsizliklə bu doğumu gözləyən ətrafdakı insanlar təqvimdə bu əlamətdar günü xüsusi gü olaraq qeyd edib, gözləyirlər.Doğumun gecikməsi hər ana üçün bir cür fikir yaradır.Bəziləri bu hala sevinməsinə səbəb onu gətirir ki, doğumun gecikməsi onun üçün yaxşıdır ki, körpə ana bətnində daha da böyüyür, inkişaf edir.Bəziləri isə bu hala üzülür, çünki, uzun zamandan bəri gözlənilən ailənin yeni fərdi gəlib çıxmaq bilməyir.

Normal doğum tarixini bəlli edərkən, həkimlər həmişə doğuma qədər yaxud da doğumdan sonra iki həftə əlavə zaman təxmin edirlər.

İndi isə sizi doğumun gecikməsi səbəblərinin bir neçəsi ilə tanış edirik :

 - irsi amillər ;

 - əsas bədən üzvlərinin xəstəlikləri zamanı ;

 - abortlar, qadın uşaqlıq yolunun sinir əzələ sisteminin dəyişikliyi və işinin pozulması zamanı ;

 - mərkəzi sinir sisteminin endokrin xəstəlikləri və funksional pozulmaları zamanı.

Doğumun gecikməsinin bir sıra ağır nəticələri də ola bilər.Bu diaqnoz altında doğulmuş körpələrdə çox vaxt hipoksiya, doğum travması kimi ağır nəticələrə rast gəlmək mümkündür.Lakin, unutmayın, gecikmiş körpələr tamamilə sağlam şəkildə də dünyaya gələ bilər.Hətta alimlərin araşdırmasına görə, vaxtından gec doğulmuş uşaqlar, vaxtında doğulmuş uşaqlarla müqayisədə daha sağlam olurlar.Əlbəttə bunu da unutmaq olmaz ki, gecikmiş uşaqlar həkim qaydalarına görə riskli qrupa aid olunurlar.

 

 

 

 

loading...
Oxşar xəbərlər