Doğumdan sonra necə gözəl qalmaq olar?

loading...



Aile.fenomen.az saytı xanımlarla bu sirri bölüşəcək.

İndi biz sizin uşağın sağlamlığını qorumaqla eyni zamanda özünüzün də necə sağlam, gözəl və həyatsevər ola biləcəyiniz haqqında bir neçə məsləhətlə bölüşəcəyik.

Sizə lazım olan ilk şey mütləq şəkildə yuxudur.Əgər sizin uşağınız narahat və çox ağlağandırsa, həyat yoldaşınızdan xahiş edin ki, heç olmasa gün aşırı olaraq gecələr sizi əvəz etsin və belə olan halda siz az da olsa yuxunuzu almış olacaqsınız.Qadın həmişə qadın olaraq baxımlı və gözəl qalmalıdır.Fərqi yoxdur, o ana olmağa hazırlaşır yoxsa o artıq anadır.

Bədənə qulluq – İlk olaraq öz şəxsi gigiyenanızı unutmayın.Doğumdan sonra bədəndə tər ifrazı artır.Ona görə də ən azı gündə iki dəfə çimmək lazımdır.Suyun temperaturu – 34- 35 C olmalıdır.Duş qəbul etdikdən sonra bədəninizi kətan dəsmalla qurulayın, çünki bu qan dövranını sürətləndirir və özünü yaxşı hiss etməyinizə səbəb olur.Doğum sonrası bədən çox həssas olur.Bu dövrdə bədəninizi yumaq üçün ev şəraitində qarışımlar hazırlayıb onlarla yuyunun.Bunlardan birini indi siizinlə bölüşəcəyik.

Bu qarışımı hazırlamaq heç də çətin deyil.Bunun üçün 1 kq təzə xırda doğranmış müxtəlif ot qarışığını ( yaxud da 300 qr. Quru ot ) 3 – 4 qaşıq su ilə qarışdırın.Zəif ocaqda 5 dəqiqə qaynadın.Ocaqdan götürdükdən 10 dəqiqə sonra onu iki qat marlidən süzün və vannada çiməcəyiniz suya əlavə edin.

Bu dövrdə axar suda, dənizdə və göldə çimmək bir şərtlə olar ki, su isti və mülayim olsun.Unutmyın əziz xanımlar suda üzmək hər qadın üçün çox xeyirli və əvəzsizdir.

loading...
Oxşar xəbərlər